SULARI DURULTMAQ

qarışıq, mürəkkəb, qeyri-müəyyən bir məsələyə aydınlıq gətirmək.

SUDAN QURU ÇIXMAQ
SUSUZ DƏYİRMAN
OBASTAN VİKİ
Qrunt suları
Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir. Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir. Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s.
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.
Vadoz suları
Azərbaycanın daxili suları
Azərbaycanın daxili suları — Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir. Respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliklərə uğramışdır. Hazırda ölkə ərazisində rast gəlinən bir sıra qədim çay dərələrinin qalıqları buna sübutdur. İndi də hidroqrafik şəbəkə təbii amillər və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir. == Azərbaycan çayları == Azərbaycanda 8000-ə yaxın çay vardır. Uzunluğu 5 km-dən artıq çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-dən çoxdur. Yalnız 2 çayın uzunluğu 500 km-dən çoxdur. Çaylar əsasən dağlarda formalaşır.
Azərbaycanın mineral suları
Mineral sular — İnsan orqaniziminə müalicəvi təsir edən, tərkiblərində nisbətən çox miqdarda qazlar olan və duz tərkibində faydalı bioloji aktiv elementləri olan və yaxud, ümumi minerallaşma dərəcəsi yüksək olan sulardır. == Ümumi məlumat == İnsanların məişətində yeraltı suların mühüm rolu vardır. Yeraltı suların növləri içərisində mineral sular xüsusi əhəmiyyətə malikdir. Yer kürəsində olan suların ümumi miqdarı 1,8 mlrd km³-ə bərabərdir. Bunun 400 mln. km³-i yeraltı suların payına düşür ki, onun da çoxu mineral sulara aiddir. Mineral su mənbələrinin əksəriyyəti Şimali Qafqazda, Zaqafqaziyada, Ukrayna, Krım və az miqdarda Orta Asiyadır. Azərbaycan mineral sularla zəngindir. Əsas su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa, Naftalan, Slavyanka, Badamlı, Sirab, Vayxır və digər sahələrdə yerləşmişdir. == Mineral suların coğrafiyası == Azərbaycan Respublikasında mineral su bulaqları tükənməzdir.
Naxçıvan mineral suları
Naxçıvanın mineral bulaqları — Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərəçay ilə Əylisçay çaylarının vadilərindədir. Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min il arasındadır) çıxırlar. El arasında yerin təkindən çıxan qazlı sulara "Tanrı möcüzəsi" kimi inam gətirilərək, "yel suyu", "sirli su", "şor su" və başqa adlar deyilmişdir. 1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı əsrlərdə mükəmməl öyrənilmişdir. Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº arasındadır. Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası ərazilərindədir.
Əfqanıstanın daxili suları
Əfqanıstan İran yaylasının şimal-şərqində, onun Mərkəzi Asiyanın dağ sistemləri ilə qovuşduğu ərazidə yerləşir. Dənizə çıxışı olmayan Əfqanıstan qapalı hövzədə yerləşir. Çaylarının əksəriyyəti ölkə daxilində başlayır və qurtarır. Bəzi çaylar isə sərhədi keçərək digər dövlətlərin ərazisi ilə axır. Çox kiçik bir hissə (83 000 km²) xarici axarlı hövzəyə aiddir. Məhz Pakistanla olan sərhədə yerləşən çaylar öz sularını Hind çayı vasitısi ilə Ərəbistan dənizinə çıxarır. Hövzələr üzrə əsas göstəricilər. Çayların axım istiqamətinə görə Əfqanıstanda üç hövzə ayrılır: xarici, daxili və axarsız hövzə. Xarici axım hövzəsi ölkənin şərq hissəsini əhatə edir. Burdan axan Kabil və onun qolları, Keytu, Qumal, Kurram çayları xarici axım hövzəsinə aiddir.
Kəlbəcər rayonunun mineral suları
Kəlbəcər haqqında sxemlə məlumat: Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri Kəlbəcər şəhəri, 1 qəsəbəsi İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb. Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.