Shard London Bridge
The Shard — Londonda inşa edilmiş, 95 mərtəbə hündürlüyündə olan göydələn. 2012-ci il 30 mart tarixində binanın hündürlüyü 310 metrə çatdırılmışdır.
Göydələn, yalnız Böyük Britaniyada deyil, Avropada da ən yüksək binalardan birinə çevrilmişdir və hazırda 5-ci ən yüksək tikililərdən biri hesab edilir.
The Shardın tikintisi 2009-cu ilin mart ayında başlamış və 2012-ci ilin noyabr ayında başa çatmışdır.
Binanın forması şüşə ilə bəzədilmiş piramida kimi hazırlanmışdır. Göydələn 72 mərtəbəsini ofis və mənzillər əhatə edir. Binanın yuxarı hissəsində Böyük Britaniyanın ən yüksək panaroma platforması vardır.
Tikili günəşdə parlayan minlərlə şüşə panellər ilə örtülmüşdür.
Göydələnin layihəsi Pompido Mərkəzinin Paris müəllifi, Renzo Piano tərəfindən 2000-ci ildə hazırlanmışdır.
2002-ci ildə yerli hakimiyyət orqanları, baş nazirin müavini vəzifəsini icraçısı, Shard layihəsi ilə əlaqədar baş nazirliy administrasiyasına müraciət göndərir və 19 noyabr 2003-cü ildə tikinti icazəsi təsdiqlənir.