Səfiyar Behbudov
Səfiyar Abuzər oğlu Behbudov (14 iyun 1967, Mollalı, Bərdə rayonu – 21 mart 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı (1992), Birinci Qarabağ müharibəsi şəhidi.
1967-ci il iyunun 14-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamış və Bərdənin bütün kəndlərində öz nümayəndəliklərini yaratmışdır. Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər, Ağdərə, Şuşa, Murov, Ağdam bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər.
Hərbi xidməti Macarıstanda uğurla başa vurmuşdur. Ordudan tərxis olunduqdan sonra, Xankəndində zabitlik kursunu, kiçik Leytenant rütbəsi ilə bitirir. Səfiyar Behbudov 1988-ci Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur.