SƏRNİGUN
SƏRNİZƏ
OBASTAN VİKİ
Sərnişin
Sərnişin (fr. passager) — ekipajın üzvü olmayan və nəqliyyat vasitəsində şifahi və ya yazılı müqavilə ilə daşınan şəxs. Sərnişinin müqavilə ilə daşınması gediş biletinin alınması və baqaja qəbzlə onun yükünün təhvil verilməsi ilə müşayiət olunur. Biletlə hərəkət edən sərnişin bir qayda olaraq məcburi surətdə sığortalanır. Bir qayda olaraq sərnişin özü ilə ödənişsiz şəkildə əl baqajı və körpə uşaq apara bilər. Gedişi ödəməyən sərnişin nəzarətçilər tərəfindən cərimə edilir.
Sərnişin avtobusu
Sərnişin avtobusu daha uzun məsafəli yollarda istifadə olunan bir avtobus növüdür. Bu tipli avtobuslar uzun məsafəli nəqliyyatlarda istifadə edilən ümumi bir yoldur. Sərnişin avtobuslarında tualet, televizor, internet, yerüstü baqaj yeri və yemək masası ola bilər.
Sərnişin konveyeri
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Sərnişin təyyarəsi
Sərnişin təyyarələri, ümumiyyətlə, yalnız sərnişin daşımaq üçün nəzərdə tutulub. Bunlar həm sərnişin kimi, həm də sərnişinlərin baqajlarını və qismən digər materialların daşınmasında istifadə olunur. Sərnişin təyyarəsi termini, əsasən hava yolları tərəfindən istifadə edilən yüksək tutumlu və yüksək performanslı təyyarələr üçün nəzərdə tutulur. Bununla birlikdə, yüngül təyyarələr də az sayda sərnişini qısa məsafələrə daşımaq üçün çox vaxt istifadə olunur. Sərnişin təyyarələri, vaxta qənaət etdiyinə görə, xüsusilə beynəlxalq səyahətlərdə tez-tez üstünlük verilən nəqliyyat vasitələrindən biridir.
Əsas sərnişin
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Sərnişin (film)
Sərnişin (ing. The Commuter) — 2018-ci ildə rejissor Jaume Kolet-Serra tərəfindən çəkilmiş Amerika—Britaniya triller filmidir. Film özünün və yaxınlarının həyatını riskə ataraq cinayət sui-qəsdinə qarışmış olan bir sığorta agenti və eyni zamanda keçmiş polis məmuru haqqındadır. Filmin ssenari müəllifləri Bayron Uillinqer və Fil Dibleysidir. Filmdə baş rolları Vera Farmiqa, Liam Nison, Sem Nil, Elizabet Makqovern, Conatan Benks və Patrik Uilson canlandırmışdırlar. Filmin ABŞ-da premyerası 12 yanvar 2018-ci ildə, Rusiyada isə 8 mart 2018-ci ildə baş tutmuşdur.
Sərnişin məşuqlar (film, 2013)
Sərnişin məşuqlar (isp. Los amantes pasajeros) — rejissor Pedro Almodovarın filmi. Filmin premyerası 8 mart 2013-cü ildə baş tutmuşdur. Peninsula şirkətinə məxsus Aerobus 340 Madriddən Mexikoya aviareys yerinə yetirir. Uçuş zamanı ciddi texniki nasazlıq aşkar edilir. Sərnişinlər məhkum olduqlarına xəbər tutduqda öz maskalarını çıxarmağa başlayırlar — öz sirlərini, qüsur və nöqsanlarını açmağa başlayırlar. Təyyarənin bortunda var: Faxas, Xossera və Uyo adlı üç gey-stüard, əsas pilot Alex Asero xoşbəxt ailə başçısı və biseksual stüard Xoserranın məşuqu, baxıcı Bruna — kişilərin ondan çox qorxduqları üçün hələ də bakirədir. Ümumilikdə filmin əsas süjeti indiki Avropa cəmiyyətinə ünvanlanmış satiradır. Təyyarənin düşməsi isə İspaniyanın iqtisadi böhranını simvolizə edir.
"RMS Titanik"in sərnişinləri
Vayt Star Layn şirkətinin Olimpik sinfinə aid, ikinci gəmisi olan RMS Titanic-də, İngiltərənin Sauthempton limanından yola çıxaraq Nyu-Yorka, ümumilikdə 2224 nəfər səfər edirdi. Bu saya gəminin şəxsi heyəti də daxil idi. İlk səfəri, 14 aprel 1912-ci ildə, aysberqə çırpılaraq, 1500-dən çox insanın həlak olması ilə nəticələnmişdir. == Sərnişinlər == RMS Titanikdə səyahət edən 1317 nəfər sərnişin var idi. Onlardan, 324 nəfəri "birinci sinif sərnişinləri", 285 nəfəri, "ikinci sinif sərnişinləri", 708 nəfəri isə "üçüncü sinif sərnişinləri" idi.
Sərnişinlər (film, 2016)
Sərnişinlər (ing. Passengers) — ABŞ istehsalı elmi fantastika və macəra filmi. Baş rollarda Kris Prett və Cennifer Lourens yer almışdır. Film dünya üzrə 303 milyon dollardan çox gəlir əldə etmişdir. Minlərlə insanı daşıyan "Avalon" ulduz gəmisi, 120 il davam edən "Homestead Colony" adı verilən uzaq bir müstəmləkə planetinə səyahət edir. Sərnişinlər və bütün qrupları yatmaq kapsulundadır, lakin gəmi böyük asteroid sahəsindən keçən zaman, gəmidə bir qəza baş verir. Bu nasazlığa görə gəminin sərnişinlərindən biri Jim Preston (Chris Pratt) oyanması lazım olan vaxtdan 90 il tez oyanır. Kris Prett, Jim Preston, mexanik. Cennifer Lourens, Aurora Lane, Kosmos səyahətinin hekayəsini danışmaq istəyən Nyu Yorkdan bir yazıçı. Michael Sheen, Arthur, robot barmen.

Digər lüğətlərdə