TÜNDLƏŞMƏK

f.
1. Rəngi tünd olmaq; tutqunlaşmaq, qəlizləşmək.
Abışın rəngi tündləşdi. B.Bayramov.

2. Kəsifləşmək, qəlizləşmək, qatılaşmaq, kəskinləşmək, artmaq.
Havada tündləşir barıt qoxusu; Berlinin üstündə ölüm yuxusu. S.Vurğun.

3. məc. Hirslənmək, qəzəblənmək, acıqlanmaq, qızmaq, qızışmaq.
Yeri gələndə tündləşən ( f.sif. ) qocanın xasiyyətinə Qəhrəman yaxşı bələd idi. S.Rəhimov.
İsi dayı Səməndərin tündləşdiyini görüb, araya sülh qoymağa çalışdı. B.Bayramov.

4. məc. Güclənmək, şiddətlənmək, gücü, şiddəti daha da artmaq.
Elə bil hava istiləşib bürkü tündləşdikcə milçək artırdı. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TÜNDLƏŞMƏK acılaşmaq
  • TÜNDLƏŞMƏK sərtləşmək — kobudlaşmaq — tutqunlaşmaq — ciddiləşmək
  • TÜNDLƏŞMƏK hirslənmək — qeyzlənmək — əsəbiləşmək
  • TÜNDLƏŞMƏK 1. TÜNDLƏŞMƏK, TUTQUNLAŞMAQ, QƏLİZLƏŞMƏK (rəng haqqında) 2. tündləşmək bax bozarmaq
TÜNDLƏŞMƏ
TÜNDLÜK

Digər lüğətlərdə