Tərcümə nəzəriyyəsinin metadil problemi

əslində bu vasitəçi dil - əlaqəli problemidir. Bir tərəfdən, linqvistikada mübadilə dedikdə «ikinci sırada duran dil» başa düşülür, daha doğrusu, təbii dil üzərində qurulan mülahizələr. Burada müəyyən anlayışlar sisteminə müvafiq olan linqvistik nəzəriyyələr çoxluğundan söhbət gedə bilər ki, dillərin mühüm əlamətlərini əks etdirən və onların həm zahiri, formal, həm də daxili, məzmun tərəflərini təsvir etməyə imkan verir. Digər tərəfdən, dilçilikdə metadil dedikdə bəzən linqvistik təsvirin daha mücərrəd sxemi başa düşülür. Tərcümə prosesinə tətbiqən belə sxem aşağıdakıları özündə əks etdirir: a) elementar məna vahidləri cəmi; b) mətnin müvafiq parçasının yaranması tarixi; c) onun üslubi xarakteristikasını. Bax: həm də tərcümə metadili.
Tərcümə nəzəriyyəsi
Tərcümə nəzəriyyəsinin predmeti
OBASTAN VİKİ
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Ehtimal nəzəriyyəsinin tarixi
Ehtimal nəzəriyyəsinin tarixi bir çox unikal xüsusiyyətlərə malikdir. Əvvəla, onunla təxminən eyni vaxtda meydana çıxan riyaziyyatın digər sahələrindən (məsələn, riyazi analiz və ya analitik həndəsə) fərqli olaraq, ehtimal nəzəriyyəsinin mahiyyət etibarilə hər hansısa antik və ya orta əsr sələfləri olmamışdır; bu, biləvasitə Yeni dövrdə meydana gəlmişdir. Uzun müddət ehtimal nəzəriyyəsi sırf eksperimental elm və “tamamilə qeyri-riyaziyyat” hesab olunurdu. Onun ciddi əsaslandırılması yalnız 1929-cu ildə, yəni çoxluqlar nəzəriyyəsinin aksiomatikasından (1922) daha gec işlənmişdir. İndiki vaxtda ehtimal nəzəriyyəsi tətbiq sahəsinin genişliyinə görə tətbiqi elmlərdə ilk yerlərdən birini tutur; “demək olar ki, heç elə bir təbiət elmi yoxdur ki, orada ehtimal metodlarından bu və ya digər şəkildə istifadə olunmasın”. Tarixçilər ehtimal nəzəriyyəsinin inkişafında bir neçə dövr ayırırla . Tarixdəqədərki, XVI əsrə qədər. Qədim dövrlərdə və orta əsrlərdə naturfilosoflar təsadüflərin mənşəyi və onun təbiətdəki rolu haqqında metafizik mülahizələrlə məhdudlaşırdılar. Bu dövrdə riyaziyyatçılar ehtimal nəzəriyyəsi ilə bağlı məsələləri nəzərdən keçirir və bəzən həll edirdilər, lakin hələ ümumi metodlar və tematik anlayışlar meydana çıxmamışdı. Bu dövrün əsas nailiyyəti sonralar ehtimal nəzəriyyəsini yaradanlar üçün faydalı olan kombinator metodlarının inkişafı hesab edilə bilər.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Google Tərcümə
Google Tərcümə — internet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Hərfi tərcümə
Hərfi tərcümə – tərcümə edilmiş sözün və ya cümlənin tərcümə edildiyi dilin qrammatika və orfoqrafiya qaydalarına əməl edilmədən tərcümə edilməsi üsuludur. Əsasən hər bir sözün cümlə daxilindəki roluna fikir verilmədən, sadəcə olaraq sözün növünə müvafiq olaraq lüğətdəki birinci mənası əsas götürülərək edilmiş motamot tərcümə üsuludur.
Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Sinxron tərcümə
Sinxron tərcümə - şifahi tərcümənin ən mürəkkəb növüdür. Sinxron tərcümə zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq mümkündür. Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir. Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə Azərbaycanda sinxron tərcüməçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır.
Tərcümə lüğəti
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə proqramları
Tərcümə proqramları dedikdə mətni bir dildən digər dilə çevirən tətbiqi kompüter proqramları nəzərdə tutulur. Tərcümə proqramları iki cür olur: Sözlərin ayrı-ayrılıqda tərcüməsini yerinə yetirən proqramlar – Polyglot, Lingvo, Lingvosoft Dictionary və s. Mətnin ümumi tərcüməsini yerinə yetirən proqramlar – Dilmanc, PROMT, Systran, SOKRAT, Cevirt və s.
Tərcümə sözlüyü
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Bazel problemi
Bazel problemi — Pyetro Menqoli tərəfindən 1644-cü ildə ortaya atılan və 1735-ci ildə Leonard Eyler tərəfindən həll edilən məşhur riyazi problemdir. Dövrünün riyaziyyatçılarını üzərində xeyli məşğul etmiş problem Eyleri 28 yaşında böyük şöhrət sahibi etmişdir. Problem adını Eylerin və Bernulli ailəsinin yaşadığı şəhər olan Bazeldən almışdır. Bazel problemi aşağıdakı şəkildə ifadə edilir: ∑ n = 1 ∞ 1 n 2 = lim n → + ∞ ( 1 1 2 + 1 2 2 + ⋯ + 1 n 2 ) {\displaystyle \sum _{n=1}^{\infty }{\frac {1}{n^{2}}}=\lim _{n\to +\infty }\left({\frac {1}{1^{2}}}+{\frac {1}{2^{2}}}+\cdots +{\frac {1}{n^{2}}}\right)} Ardıcıllıq təxminən 1.644934-ə bərabərdir.
Dnestryanı problemi
Dnestryanı münaqişəsi — Moldova ilə tanınmamış Dnestryanı dövləti arasında davam edən dondurulmuş münaqişə. Münaqişənin ən aktiv olduğu dövr Dnestryanı müharibəsi dövrüdür. Bu dövrdə Rusiya dəstəkli Dnestryanı zəfəri ilə nəticələnmişdir. Münaqişəni həll etmək üçün bir neçə dəfə cəhd edildi, lakin heç biri uğurlu olmadı. Düşünmək olar ki, münaqişə 1990-cı il sentyabrın 2-də Dnestryanı birtərəfli qaydada Moldovadan (o vaxt Sovet İttifaqının tərkibində idi) müstəqilliyini elan etdikdən sonra başlayıb.
Kəşmir problemi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Moro problemi
Transformasiya problemi
Transformasiya problemi — əmək dəyər nəzəriyyəsi ilə müxtəlif sənaye sahələrində mənfəət nisbətinin bərabərləşdirilməsi meyli arasında ziddiyyət təşkil edən marksist siyasi iqtisad və iqtisad elminin mərkəzi problemlərindən biridir. Dəyərin əmək nəzəriyyəsi əməyin dəyər və izafi dəyər (və ya mənfəət) mənbəyi olduğunu, mənfəətin əməyin miqdarından asılı olduğunu nəzərdə tutur. Lakin eyni zamanda, "kapital tutumlu" sənayelərdə gəlir dərəcəsi "əmək tutumlu" sənayedən daha yüksəkdir. Marks bu ziddiyyəti bir çox iqtisadçının uzanma hesab etdiyi “mənfəət dərəcəsinin bərabərləşdirilməsi” ilə izah etməyə çalışdı. Karl Marks “Kapital”in üçüncü cildində istehsalın qiyməti konsepsiyasını təqdim edərək, əmək dəyər nəzəriyyəsinə uyğun olaraq: ümumi mənfəət norması izafi dəyərin ölkə iqtisadiyyatına qoyulmuş ümumi kapitala nisbəti ilə müəyyən edilir: r = s / ( c + v ) {\displaystyle r=s/(c+v)} hər bir sənayedə orta mənfəət ümumi gəlir dərəcəsinin və hər bir sahəyə qoyulmuş kapitalın hasili ilə müəyyən edilir: p = r ( c + v ) {\displaystyle p=r(c+v)} hər bir sahə üzrə məhsulların qiyməti hər bir sənaye üzrə istehsal xərclərinin cəmi (sabit və dəyişkən kapitalın cəmi) və hər bir sənaye üzrə orta mənfəətlə müəyyən edilir: p p = ( c + v + p ) {\displaystyle pp=(c+v+p)} , burada (c) — daimi kapital, (v) — dəyişən kapitaldır. Перевозов Д. Конец «проблемы трансформации» стоимости в цену производства Левина И. Проблема трансформации: сравнительно-исторический анализ подходов и решений // Вопросы экономики, № 9, 2008. Bortkiewicz L. Value and Price in the Marxian System. — International Economic Papers 2, 1952, pp. 5-60 Duménil G. Beyond the Transformation Riddle: A Labor Theory of Value. — Science and Society 47 (4).
Şantaj problemi
Şantaj problemi – müqavilə nəzəriyyəsində, bir tərəf ilə əlaqə qurmaq və ya saxlamaq üçün xüsusi sərmayələri zəruri etdikdə, digər tərəfə isə investisiya qoyulmamışdan əvvəl mövcud olan şərtlərdən daha yaxşı şərtlərlə şantaj etmək imkanı verildikdə, iki iqtisadi agent arasında yaranan problem. İnvestisiyaların spesifik xüsusiyyəti ondan ibarətdir ki, onlardan imtina etmək və/və ya alternativ şəkildə istifadə etmək çətindir. Yatırılan investisiyalar tərəflərin danışıq qabiliyyətini dəyişdirir ki, bu da şantaj ehtimalına gətirib çıxarır. Şantaj problemi müqavilələr nəzəriyyəsində və sənaye bazarları nəzəriyyəsində öyrənilir. Tutaq ki, komponentlərin alıcısı hansısa yeni məhsulun istehsalında maraqlıdır. Bunun üçün ona bazarda olmayan konkret komponentlər lazımdır. Komponentlərin tədarükçüsü onların istehsalını təşkil edə bilər, lakin bunun üçün ona investisiya lazımdır. Əgər son məhsulun qiyməti zəmanətlə hər iki firmanın xərclərini ödəmək üçün kifayət qədər yüksəkdirsə, o zaman ortaq layihəyə başlamaq üçün kifayət qədər qazanc əldə edəcəklər. Bununla belə, bütün layihənin həyata keçirilməsi üçün təchizatçı xüsusi investisiyalar qoymalıdır. Məsələn, layihənin həyata keçirilməsi üçün xüsusi avadanlıq almaq.
Şər problemi
Pislik və ya şər problemi — din fəlsəfəsində mütləq yaxşı olan bir Tanrı varlığının necə uyğunlaşması məsələsidir. Epikür əvvəlcə problemi məntiqi bir düsturla təqdim etmişdir və o vaxtdan bəri demək olar ki, hər kəsin, fəlsəfə ilə əlaqəsi olmayan insanlardan tutmuş filosoflara qədər düşüncələrini məşğul etməkdədir. M. Ş. II. 18-ci əsrdə yaşamış bir kilsə atası Laktantyusun (e.ə 360) nəqlinə görə, Epikür pislik problemini bir dilemma şəklində ifadə etmişdir: Allah ya pisliyi aradan qaldırmaq istəyir, ya da yox; ya da ola bilər, amma istəmir; ya nə çıxarmaq istəmir, nə də çıxara bilmir; ya da hər ikisini də çıxarmaq istəyir və çıxara bilər. Əgər məhv etmək istəyirsə və edə bilmirsə, O, hər şeyə qadir deyil; bu, Allahın xarakterinə ziddir; ləğv edə bilər, amma ləğv etmək istəmirsə, zərərlidir; bu da Allaha uyğun deyil; nə aradan qaldırmaq istəsə, nə də edə bilməzsə, o da zərərli və hər şeyə qadir deyil; bu vəziyyətdə o Allah deyil; əgər hər ikisi aradan qaldırmaq istəyirsə və yalnız Allaha uyğun olanı edə bilərsə, pisliyin mənbəyi nədir? Yoxsa onları niyə aradan qaldırmır? Epikür problemin başqa bir təqdimatı əsrlər sonra Devid Yum tərəfindən Dinlə Dialoqlarında Filonun dili ilə edildi: Allah pisliyin qarşısını almaq istəyir və buna qadir deyil? Sonra zəifdir. Yoxsa pisliyi dayandıra bilmir? Buna görə də yaxşı niyyətdə deyil. Həm güclü, həm də yaxşı olsaydı, bu qədər pislik necə mövcud idi?
Şandun problemi
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir. Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.
Tramvay problemi
Tamvay problemi — etika və psixologiyada daha çox sayda insanı xilas etmək üçün bir nəfəri qurban verib-verməmək kimi dilemmaların ələ alındığı təcrübələr silsiləsi. Bu situasiya adətən, irəliləyən tramvayın və ya trolleybusun yolda bir neçə nəfərlə (ənənəvi olaraq beş nəfər) toqquşaraq onları öldürməsi ssenarisi ilə başlayır və sürücü və ya ətrafdakı hər hansı bir şəxsin müdaxilə edərək yalnız bir nəfəri öldürəcəyi halda müvafiq nəqliyyatı başqa yola yönləndirərək onları xilas etməsi seçimi irəli sürülür. Bu problem daha sonralar irəliləyən başqa bir nəqliyyat vasitəsi və ya başqa analoji ölüm-dirim dilemmaları kimi də ortaya qoyulmuşdur.
Skantorp problemi
Skantorp problemi — mətnində uyğun olmayan və ya başqa cür qəbuledilməz məna daşıyan hərflər sətri (və ya alt sətir) olan onlayn məzmunun spam filtri və ya axtarış mühərriki tərəfindən qəsdən bloklanması. Adlar, abbreviaturalar və texniki terminlər tez-tez bu problemin təsirinə məruz qalır. Problem kompüterlərin sənəd daxilində mətn sətirlərini asanlıqla müəyyən edə bildiyi vaxtdan bəri yaranır. Bu cür sözlərin tərcüməsi geniş kontekstləri, ola bilsin ki, bir çox mədəniyyətlər arasında şərh etmək üçün kifayət qədər bacarıq tələb edir ki, bu da olduqca çətin işdir. Nəticədə, geniş bloklama qaydaları problemsiz ifadələrə təsir edən yalan müsbətlərlə nəticələnə bilir. Problemin mənşəyi 1996-cı ildə AOL-un söz filtrinin İngiltərənin Şimali Linkolnşir əyalətinin Skantorp şəhərinin sakinlərinə şəhərin adı "cunt" sözünü ehtiva etdiyi üçün AOL hesabları yaratmağa icazə verməməsindən gəlir. 2000-ci illərin əvvəllərində Google-un SafeSearch filtrləri eyni səhvə yol verdi, yerli xidmətlər və adlarına və ya URL-lərinə "Scunthorpe" daxil edən şirkətlər səhvən axtarış nəticələrində görünməkdən kənarlaşdırılanlar arasında idi. Skantorp problemini kontekstdə sözləri başa düşə bilən bir filtr yaratmağın çətin olması səbəbindən tamamilə həll etmək çətindir. Həll yollarından biri bilinən yanlış müsbətlərin siyahısının yaradılmasını nəzərdə tutur. Ağ siyahıda görünən hər hansı bir söz, əks halda icazə verilməyəcək mətndən ibarət olsa da, filtr tərəfindən gözardı edilə bilər.
Azərbaycan Tərcümə Mərkəzi
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi — Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Nazirlər Kabinetinin 1989-cu il 6 mart tarixli qərarı ilə yaradılıb. == Tarixi == Mərkəzin ilk sədri tanınmış türkoloq alim Aydın Məmmədov olub. 1991–2014-cü illərdə Mərkəzə yazıçı Afaq Məsud rəhbərlik edib və 1989–2014-cü illərdə onun baş redaktorluğu ilə Mərkəzin rüblük nəşri olan "Xəzər" jurnalı işıq üzü görüb. 2014-cü ildən 2021-ci ilədək Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə şair, tərcüməçi, esseist Səlim Babullaoğlu rəhbərlik edib . Mərkəz 1991–2007-ci illər ərzində 70-ə yaxın tərcümə əsərini ayrıca kitab kimi çap edib. 2014-cü ildən "Dünya ədəbiyyatı" Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri kimi dərc edilib. 2021-ci ilin iyul ayından Bədii Tərcümə və Ədəbi Əlaqlər Mərkəzinin sədri tərcüməçi, dramaturq Vaqif Əlixanlıdır. Dərginin qurucusu və ilk baş redaktoru Səlim Babullaoğlu, hazırkı baş redaktoru ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Dərginin 2014–2017-ci illər ərzində Ukrayna, Rusiya, Oman, İran, İngiltərə ədəbiyyatları xüsusi sayı, "Dünya dramaturgiyası xüsusi buraxılışı" işıq üzü görüb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 2014–2017-ci illərdə Ukraynanın "Vsesvti" jurnalı, Omanın Mədəniyyət Assosiasiyası, İranın Mədəniyyət Mərkəzi, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi, Serbiya və Moldova Yazıçılar İttifaqları, başqa təşkilatlarla əməkdaşlıq barədə Memorandum imzalayıb.
Azərbaycan tərcümə ensiklopediyası
Tərcümə çətinlikləri (film)
Tərcümə çətinlikləri (ing. Lost in Translation) — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir. Filmin premyerası 29 avqust 2003-cü ildə Tellurayd Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi). Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi.
Kuril adaları problemi