…Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə.
□ Təxir etmək – yubatmaq, gecikdirmək, ləngitmək, sonraya saxlamaq (keçirmək).
[Mələkə:] Zənn edirəm ki, hökmdar mənim bu arzumu yerinə yetirməkdə təxir və tərəddüd etməyəcəkdir.
Təxirə düşmək – yubanmaq, gecikmək, ləngimək.
…Azərbaycan nümayəndələri yubandığı üçün bu iş bir az təxirə düşmüşdü.
Təxirə salmaq – yubatmaq, gecikdirmək, ləngitmək, sonraya qoymaq.
[Sədr:] Hələlik tədbir görülməni təxirə salmaq tərəfdarları əllərini qaldırsın.
[Cavanşir:] Biz hücumu təxirə sala bilmərik.