TAMAH

is. [ ər. təmə] Bir şeyi əldə etməyə göstərilən hədsiz arzu; hərislik, acgözlük, bir şeydə gözü qalma. Artıq tamah baş yarar. ( Ata. sözü ).
[Əliqulu:] …Mənim dünya malına tamahım yoxdur. S.S.Axundov.

◊ Tamah dişini çəkmək – vaz keçmək, gözünü çəkmək, əlini üzmək, ümidini kəsmək.
Tamaha düşmək – acgözlüklə istəmək, həris olmaq.
Əyləşənlərin hamısı tamaha düşdü. B.Bayramov.

Tamahı güc gətirmək (zor eləmək) – tamahını, nəfsini saxlaya bilməmək, özünü saxlaya bilməmək, həddindən artıq tamahkarlıq göstərmək.
[Kərəməli:] Demədimmi yoldaşlarından ayrılma, tamahın güc gətirdi, gəldim. M.F.Axundzadə.
[Hacı Qara:] Əlacım kəsildi, tamah zor elədi, dedim, bu bəylər ilə gedərəm Təbrizə. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAMAH hərislik — düşkünlük
  • TAMAH acgözlük — dargözlük
  • TAMAH TAMAH [Əliqulu:] Ağa, bayaq ərz etdim ki, mənim dünya malında tamahım yoxdur (S.S.Axundov); NƏFS İskəndər: Haqlısan, bəladı bu insan nəfsi (A

Etimologiya

  • TAMAH Ərəbcədir, əsli təma kimi olub, “acgöz” mənasına uyğun gəlir. Bizdə onun yerinə umacaq sözü işlədilir
TAMADALIQ
TAMAHKAR
OBASTAN VİKİ
Qorxu və tamah (film, 1953)
Qorxu və tamah (ing. Fear and Desire) 1953-cü il Amerika istehsalı antimilitarist bir filmdir. Stenli Kubrik tərəfindən rejissorluq edilmiş filmin ssenarisi Hovard Sakler tərəfindən yazılmışdır. Cəmi on beş nəfərdən ibarət heyəti ilə film Kubrikin rejissorluq debütü idi.

Digər lüğətlərdə