TAMAHKAR

sif. [ ər. təmə və fars. …kar] Hər şeyə tamah edən, hər şeydə gözü olan; varlanmağa, şey yığmağa həddən artıq həris olan; acgöz.
[Qız:] Əmim para düşkünü, tamahkar bir adam olduğundan, məni belə zəngin bir adama vermək istəyirdi. S.Hüseyn.
…Əbülfət mirzənin və ümumiyyətlə Qacar şahzadələrinin tamahkar və rüşvətxor olduqlarını bilirdim. M.S.Ordubadi.

// İs. mənasında. Tamahkarın biridir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAMAHKAR həris — düşkün
  • TAMAHKAR xəsis — simic
  • TAMAHKAR acgöz — dargöz
  • TAMAHKAR TAMAHKAR [Bayram:] Namaz bir tamahkar, şeytanfikir adamdır (M.F.Axundzadə); ACGÖZ, HƏRİS Xosrov: Əzim Əsgəri acgözdür, hərisdir, başqalanndan pay umur

Antonimlər (əks mənalı sözlər)

  • TAMAHKAR TAMAHKAR – GÖZÜTOX O bilirdi ki, anası tamahkardır (İ.Fərzəliyev); Gözütox adamın müdrik göz yaşı; Qorxunun tikili binası – insaf (S
TAMAH
TAMAHKARLIQ

Digər lüğətlərdə