TAR

TAR1

f. 1) bax tarə1 (1-ci mənada); 2) əziz. Tari-zülf zülf teli.

TAR2

f. 1) bax tarək; 2) tutqun; 3) aydın görünməyən, yaxşı seçilməyən.

TAMMƏ
TARAC
OBASTAN VİKİ
Tar
Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
Tar (dəqiqləşdirmə)
Tar — musiqi aləti. Tar (səhra) — Hindistanda səhra.
Tar (səhra)
Tar səhrası (hind. थार मरुस्थल) (və ya Marustxalli, Böyük hind səhrası) — Hindistanın şimal-qərbində və Pakistanın cənub-şərqində yerləşir. Sahəsi 446-min km² təşkil edir. Səhranın uzunluğu 850 km, eni 485 km təşkil edir. Səhra Hindistanın Pacastxan, Bikaner, Çuru, Şri-Qanqanaqar, Xanumanqarx vilayətləri və Xaryana və Pəncab ştatları ərazisini əhatə edir. Pakistanın isə Sind və Pakistan Pəncabı ərazilərini əhatələyir. Pakistanda səhra Xolistan səhrası adlandırılır. Tropik iqlimə malikdir. İl ərzində 90 mm yağıntı düşür. Şərqdə isə mussonlar zamanı 200 mm yağıntı düşə bilir.
Oxu, Tar (1968)
Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır. Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir. Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır. 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.
Oxu, Tar (1989)
Film məşhur Azərbaycan tarzəni Ramiz Quliyevə həsr olunmuşdur.
Tar məktəbi (kitab)
"Tar məktəbi" kitabı — Bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın xalq artisti, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru Səid Rüstəmovun Azərbaycan, o cümlədən İran və Türkiyə üçün yazdığı dərs vəsaiti. İlk nəşri 1935-ci ildə işıq üzü görən bu toplu 80 ilə yaxındır ki, əvəzsiz bir dərsə vəsaiti kimi Azərbaycanın musiqi məktəblərində tədris olunur. Bu toplu İran, Türkiyə və bəzi şərq ölkələri üçün də qiymətli vəsaitdir.
Azərbaycan tar ifaçılıq sənəti
Azərbaycan tar ifaçılıq sənəti — Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.
IMI Tavor TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
La Brea Tar Pits
La Brea Tar Pits — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində mövcud olan qədim fauna və flora qəbiristanlığı Bu sahənin 35 min illik yaşı vardır. Hazırda açıq havada muzey və mühüm elmi tədqiqat obyekti kimi istifadə edilir. “Natural History” Azərbaycanın təbiətindən yazır.
Oxu, tar (film, 1968)
Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır. Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir. Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır. 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.
Oxu, tar (film, 1989)
Film məşhur Azərbaycan tarzəni Ramiz Quliyevə həsr olunmuşdur.
Crepis taraxacifolia
Crepis taraxacifolia subsp. haenseleri
Crepis taraxacifolia subsp. heterocarpa
Crepis taraxacifolia subsp. taraxacifolia
Crepis taraxacoides
Crepis vesicaria subsp. taraxacifolia
Cəbəli-Tariq
Cəbəllüttariq (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi. Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı. Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi. Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi. Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir. İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir. Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir.
Cəbəli-Tariq funtu
Cəbəllüttariq funtu (ing. Gibraltar pound) — Cəbəllüttariqin pul vahidi, bəzən livr də adlanır. 1971-ci ilədək 1 funt = 4 kron = 20 şillinq = 240 pens, 1971-ci ildən 1 funt = 4 kron = 100 yeni pensi (1988-ci ildən sadəcə pens). Simvolu: £. Cəbəlüttariq funtu Funt sterlinqə bərabərdir.
Cəbəli-Tariq milli voleybol komandası (qadınlar)
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cəbəli-Tariq qadın milli voleybol komandası
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cəfər Cəfərov (tarixçi)
Cəfərov Cəfər Məmməd oğlu (21 aprel 1960, Naxçıvan) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, "Tarix, insan və cəmiyyət" adlı elmi-nəzəri və elmi-metodik jurnalın baş redaktoru. Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980–1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada təhsil alan Azərbaycan Tələbə və Aspirantları Şurasının sədr müavini olmuşdur. 1987–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, "Azərbaycan tarixi" kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990–1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992–1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1994–1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1998–2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi" birgə layihəsinin milli koordinatoru olmuşdur. 2003–2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.
Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi
Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi — 1981-ci ildə yaradılmışdır. Muzey binası bir mərtəbədən ibarətdir. Sahəsi 300 kv.m-dir.Muzeydə 4810 ədəd eksponat vardır. Cəlilabad Tarix — Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb və 29 aprel 2010-cu ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni inşa olunmuş Tarix — Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Muzeyin ümumi sahəsi 300 kvadratmetrdir. Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə vardır. Muzeydə 4000 — ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları və mis qablar nümayiş etdirilir.Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır. Muzey ekspozisiyası 5 bölmədən ibarətdir: Təbiət bölməsi Arxeloji bölmə Antik və Orta əsrlər bölməsi Hərbi bölmə Kənd təsərrüfatı bölməsi Cəlilabad Cəlilabad rayonu Cəlilabad bələdiyyələri Cəlilabad kadastr rayonu "Yeni muzeyin açılışı". =https://azertag.az.
Cəmil Quliyev (tarixçi)
Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, DQMV – 27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü. Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Cənubi Afrika tarixi
Etnik müxtlifliyə sahib olan Cənubi Afrika Respublikasının tarixi keçmişi ümumilikdə 5 mərhələyə ayılır. Müstəmləkədən əvvəlki mərhələ, müstəmləkə mərhələsi, müstəmləkədən sonrakı mərhələ, aparteid mərhələsi və ondan sonrakı mərhələ. Bu tarixin, xüsusi ilə müstəmləkə və müstəmlədədən sonrakı mərhələləri mədəniyyət fəaliyyətləri, Avropalıların və yerli xalqların arasındakı şiddətli torpaq anlaşılmazlıqları, təzyiqlər, digər irq və siyasi gərginliklərlə xarakterikdir. On doqquzuncu əsrdə almaz və qızıl kəşfləri bölgənin sərvətinə dərindən təsir göstərmiş, dünya səhnəsinə çıxartmışdır və sadəcə kənd təsərüfatı əsaslı iqtisadiyyatdan sənayeləşməyə keçid baş vermişdir. Kəşflər eyni zamanda Cənubi Afrika mədənçilik sənayesi üzərindəki nəzarət əldə etmək üçün əsasən Boer köçkünləri və İngiltərə imperiyası arasında açıq müharibəylə nəticələnən yerli münaqişələrə səbəb oldu. Anqlo-Boer və ya Cənubi Afrika müharibəsində (1899-1902) Boerlərin məğlubiyyətindən sonra Cənubi Afrika birliyi 1909-cu il Cənubi Afrika konstitusiyasına əsaslanaraq İngiltərə imperatoriyasının müstəmləkəsi olaraq quruldu. İngilis kolonyaları: Keyp koloinyası, Natal kolonyiası, Transvaal koloniyası və Orang koloniyası. Birlik qanunalarının qüvvəyə minməsindən sonra 1934-cü ildə Britaniya İmperatorluğu tərkibində özü-özünü idarə edən bir dövlət oldu. Bu müstəqillik 1960 referendumunda qərara alınmış və 31 may 1961 ci il tarixində reallaşmış ölkənin Cənubi Afrika Respublikası adı altında vahid müstəqil bir dövlət kimi formalaşması ilə sona çatdı. Cənubi Afrika siyasəti 1948-1994 cü ildə Afrika miliyyətçiləri tərəfindən idarə edilirdi.
Cənubi Tarava
Cənubi Tarava (ing. South Tarawa) və ya Teinainano şəhər şurası (ing. Teinainano Urban Council) — Mikroneziyada yerləşən Tarava atolunda olan Kiribati dövlətinin paytaxtı. Əhalisi — 40 311 nəfər (2005-ci il). Əhali sıxlığı — 2578 nəf/km².
Cərrahiyyə tarixi
Cərrahiyyə (cərrahlıq) — bədənə fiziki müdaxilə yoluyla diaqnoz, profilaktika və müalicə yollarını öyrənən tibb sahəsi. Azərbaycanın Çalağantəpə məntəqəsində aparıılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. Əməliyyat çınqıl daşından hazırlanmış skalpellə yerinə yetirilmişdir və, çox güman ki, xəstənin ağrı və iztirablarını azaltmaq, məqsədini güdürdü. Bu tapıntı tunc-daş dövründə yaşayan cərrahların müəyyən bilik və səriştəyə malik olmasından xəbər verir. E. ə. VIII–IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atroptena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı.
Dam tarağı
Dam darağı — monumental Mezoamerikan memarlığında piramidanın zirvəsində olan quruluş. Maya sivilizasiyasının dam daraqlarının hissələrinin və ikonoqrafiyasının tədqiqi göstərir ki, hər bir ikona xüsusi müqəddəs məna daşıyır. Maya sivilizasiyasının dam daraqlarının hissələrinin və ikonoqrafiyasının tədqiqi göstərir ki, hər bir ikona xüsusi müqəddəs məna daşıyır. Tipik olaraq, dam daraqları piramidaların və digər strukturların zirvəsini taclandırdı; bir-birinə söykənən iki deşilmiş çərçivə divarından ibarət idi. Bu çərçivə tanrıların və ya mühüm hökmdarların rəssam təsvirləri ilə bəzədilmiş gipslə örtülmüşdür. Mayyalılar Mesoamerikadakı ən mühüm abidələrdən bəzilərini düzəltdilər. Onların sivilizasiyası eramızın 500–900-cü illəri arasında öz "qızıl dövrünü" yaşadı. Maya heroqliflərinin bu yaxınlarda deşifrə edilməsi onların memarlığına yeni anlayış gətirdi; bu piktoqrafik simvollar tarixçilərə konkret tikililərin nə vaxt və kimlər tərəfindən tikildiyi barədə məlumat verir. Maya dini memarlığında hündürlüyə diqqət yetirilirdi ki, bu da tez-tez göylərə və tanrılara doğru uzanan baş dönmə pilləkənləri ilə özünü göstərirdi. Çox vaxt piramidalar mövcud olanların üzərində tikilirdi; bu, daha böyük struktura malikdir.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buzla alovun nəğməsi" romanlar seriyasının və romandan adaptasiya olunmuş "Taxt-tac oyunları" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Deyeneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buzla alovun nəğməsi" romanlar seriyasının və romandan adaptasiya olunmuş "Taxt-tac oyunları" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Deyeneris Tarqaryan
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buzla alovun nəğməsi" romanlar seriyasının və romandan adaptasiya olunmuş "Taxt-tac oyunları" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Donetsk tarix-diyarşünaslıq muzeyi
Donetsk tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi. 2005-ci illərdə təsis edilmişdir. Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi 2005-ci ildə ildə Donstsk şəhərinin 50 illiyi münasibətilə təşkil edilmişdir. Yaşayış məntəqəsinin təməli 1681-ci ildə Qundorovskaya kəndi olaraq təsis edilmişdir. 1955-ci ildə isə Donetsk olaraq adlandırılmışdır. Donetsk şəhərinin bütün tarixi muzeydə əks olunmuşdur. Donetsk tarix-diyarşunaslıq muzeyi 9 eksponat zalından təşkil edilmişdir. Bu zallarda şəkillər, sənədlər, kitablar və kazaklara aid əşyalar saxlanılır. «Hərbi şöhrət zalında» əsasən Böyük Vətən müharibəsi və Əfqanıstan müharibəsinə aid pretmetlər nümayiş etdirilir. «Kosmanavtika» zalında isə şəhərin sakini olmuş Yuri Vladimiroviç Usaçevin şəxsi əşyaları saxlanılır.
Dərbənd Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey Qoruğu
Dərbənd Dövlət Tarix-Memarlıq və incəsənət Muzey-Qoruğu — Rusiya ərazisindəki ən qədim şəhər olan Dərbəndin tarixinə həsr olunmuş muzey kompleksidir. Muzey-Qoruğunun ərazisi qorunan zonalarla birlikdə 2044 hektardır və burada 250-dən çox (və bəzi hesablamalara görə 400-dən çox) tarix və mədəniyyət abidələri cəmləşmişdir. Muzey kompleksinin ərazisində 2003-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Narın-Qala qalası da daxil olmaqla 25 federal əhəmiyyətli abidə var. Dərbənddə tarix diyarşünaslıq muzeyi 1926-cı ildə yaradılmışdır. Onun yaradıcısı Dərbənd 1 saylı məktəbin kimya müəllimi, yerli tarixə həvəsli Pyotr İvanoviç Spasski idi. 5 may 1928-ci ildə Dağıstan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti "Dərbəndin bütün qədim abidələrini, xüsusən də Dərbənd qalası, bütün uzunluğu boyunca divar, Kirxlyar qəbiristanlığı, digər qəbiristanlıqlar, I Pyotrun qaldığı yerin qalıqları, şair Aleksandr Bestujev-Marlinski və başqa tarixi əhəmiyyətli yerlərin qorunması haqda qərar verdi. 1934-cü ildə muzey bələdiyyə statusu aldı. 1960-cı ildə Dərbənd elmi bərpa emalatxanaları yaradıldı, 1971-ci ildən başlayaraq muzey sistemli arxeoloji tədqiqatlar aparır. 1977-ci ildə muzey tarixi-memarlıq muzeyinə çevrildi. 1989-cu ildə Dərbənd Dövlət Tarix, Memarlıq və İncəsənət Muzeyi-Qoruğu yaradıldı, hal-hazırda (2020) rəhbəri V. V. Çesnokovdur.
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər)
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər) - XIII-XIV əsrlərdə Qafqazda cərəyan edən siyasi hadisələrdə Azərbaycanın ən mühüm strateji əhəmiyyətli mərkəzlərindən biri. Şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam. İki monqol ulusu arasında sərhəd məntəqəsi. Azərbaycanın Dərbənd şəhərinin yerləşdiyi coğrafi ərazi, strateji mövqe-bir tərəfdən uca dağlarla, digər tərəfdən Xəzər dənizi ilə əhatələnən keçid məntəqəsi olması onun daima diqqət mərkəzində qalmasına səbəb olub. Əbəs yerə şəhər "Dərbənd", yəni "Bağlı qapı", həmçinin "Dəmir qapı", "Bab əl-əbvab" və s. adlandırılmır. Tarixən olduğu kimi, Dərbənd XIII-XIV əsrlərdə də şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam idi. Bir çoxları şəhərin möhkəmliyini, alınmaz olduğunu bilərək, ondan yan ötməyi daha üstün tutmuşlar. Əlverişli strateji mövqeyə malik Dərbəndin XIII-XIV əsrlərdə, başqa sözlə monqol ağalığı dövründə Monqol imperiyasının hansı ulusuna - Cuçi və Tuli nəslinə, yəni qızılordalılara və ya hülakulara məxsus olduğu tarixi ədəbiyyatda müəyyən fikir ayrılığına səbəb olmuşdur. Bunun əsas səbəbi şəhərin iki monqol ulusu arasında sərhəd məntəqəsi təşkil etməsidir.
Dəstgirdə (Tarım)
Dəstgirdə (az-əbcəd. دستگیرده‎, fars. دستجرده‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,169 nəfər yaşayır (386 ailə).
Elmar Məhərrəmov (tarixçi)
Elmar Əli oğlu Məhərrəmov (d.9 iyul 1949, Sisian rayonu, Ermənistan SSR, SSRİ) — tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun İnformasiya mərkəzinin müdiri. Elmar Əli oğlu Məhərrəmov 1949-cu ildə iyul ayının 9-da keçmiş Ermənistan SSR-in Sisian rayonunda anadan olub. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almışdır. 1975-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda işləyir. 2002-ci il dekabrın 25-dən müvafiq mərkəzin rəhbəridir. 2004–2014-cü illərdə Tarix üzrə Problem Şurasının elmi katibi olub. 2001-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan tarixinə dair bir sıra elmi məqalə, tezislər və dərs vəsaitinin, o cümlədən, ""Kommunist" qəzetinin yaranması və inkişafı (1920–1928-ci illər)" (rus dilində), ""Kommunist" qəzeti və Azərbaycan SSR kənd təsərrüfatının bərpası məsələləri" (1920–1928-ci illər)" (rus dilində), "Xalq qəzeti: yaranması və inkişafı tarixindən (A. E. Məhərrəmli ilə müştərək) adlı monoqrafiyaların, "Azərbaycan Respublikasının Dövlət rəmzləri" (akademik İ. H. Əliyevlə müştərək) kitabçasının, abituriyentlər üçün 3 yardımçı vəsaitin (t.e.n. R. S. Məlikovla müştərək), orta məktəblərin 9-cu sinfi üçün "Yeni tarix" dərsliyinin I hissəsinin müştərək müəllifidir, 60-dan artıq elmi məqaləsi və kitabları işıq üzü görüb. Bir sıra əsərlərin elmi redaktorudur.

Digər lüğətlərdə