□ Taydəyişik düşmək – bütövlüyü, tamlığı, komplektliliyi pozulmaq, birinin yerinə başqası düşmək, yerləri səhv düşmək. Ayaqqabılar taydəyişik düşüb.
Taydəyişik geymək – sağ ayaq (əl) üçün olan ayaqqabını (əlcəyi) səhvən sol və ya əksinə, sol ayaq (əl) üçün olan ayaqqabını (əlcəyi) sağ ayağa (ələ) geymək. Ayaqqabını taydəyişik geymək.
– Köynəyini tərs geyirsən; Çəkmələri taydəyişik; Addımını atdıqca sən; İşıqlanır bu ev-eşik.
Taydəyişik salmaq – 1) bax taydəyişik geymək. Ayaqqabılarını taydəyişik salmaq;
2) səhvən birisini, ya bir şeyi başqası ilə qarışdırmaq, çaşdırmaq.
[Hüseyn:] Mirmahmud, deyəsən, axı bunlar bizi taydəyişik salıblar…