1. Hər anda, ara vermədən, aralarından çox keçmədən.
Cavan enişi çox çətinliklə enirdi, çünki yedəyindəki atın ayaqları yamacda tez-tez sürüşürdü.
Qızlar bu gün Gülnazın çox narahat olduğunu, gizlincə tez-tez saata baxdığını hiss edirdilər.
2. Həmişə, daim.
[Əliqulu:] Ancaq başsız qoymayacağam, tez-tez göz olacağam.
[Eldar:] Biz sərhəd boyunda yaşayırıq, buralarda tez-tez qəribə və gözlənilməz hadisələr baş verir.
3. Sürətli, sürətlə. Tez-tez getmək. Tez-tez yemək.
– [Yasəmən:] Onsuz da elə tez-tez danışırlar ki, heç nə yaza bilmirəm.