1. Balaca kisə.
[Gülnisə:] Ana, düyü torbası haradadır?
[Qəhrəman:] Özümü pulemyot qoyulan, torpaq doldurulmuş torbanın arxasına yıxdım.
// Minik və ya yük heyvanını dayanacaqlarda yemləmək üçün içinə yem tökülüb boynundan asılan kiçik kisə. At elin, torba əmanət, bizim daha nəyimiz var? ( Ata. sözü ).
Cəmil arpanı xəlbirləyib, atların torbasına tökdü, torbaları atların başına keçirtdi.
2. dan. Torba tutan qədər şeyin ağırlığı.
Bu sözlərdən sonra Camal əmi səliqə ilə … bir torba qovurğa, bir torba iydə yeşiyə qabladı.
3. Bədənin bu və ya başqa bir yerində içinə irin, su, hava və s. yığılmış sallaq şiş, ur, tuluq.
◊ Boynuna torba salmaq – dilənçilik etmək, dilənmək.
Axırda tamahkar qarı boynuna torba salıb şəhərə yollandı.