TUMURCUQLANMAQ

f.
1. Tumurcuq əmələ gəlmək, düymə açmaq; puçurlanmaq. Aprel-mart aylarında ağaclar tumurcuqlanır.
– İlk gül, çiçək torpaqdan baş qaldırmaq üçün yerdə tumurcuqlanmışdı. S.Rəhimov.

2. məc. Əmələ gəlmək, doğmaq, yetişmək, çiçək açmaq.
Sıxdımı dost kimi əlimi bahar; Qəlbimdə arzular tumurcuqlanar. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUMURCUQLANMAQ düymələnmək — gözcüklənmək — puçurlanmaq
TUMURCUQLANMA
TUMURCUQLU

Digər lüğətlərdə