TUTİ

ə. Afrikada və Hindistanda yaşayan, təlim verdikdə bir neçə bəsit söz tələffüz edə bilən quş.

TUSƏN
TUTİMƏQAM
OBASTAN VİKİ
Tuti (jurnal)
"Tuti" jurnalı (az-əbcəd. طوطی‎) — həftəlik satirik, şəkilli jurnal. "Tuti" jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında həftədə bir Bakıda Azərbaycan türkcəsində nəşr olunmuşdur. Siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi idi. "Tuti" jurnalının redaktoru "Səda" qəzetinin mühərriri Cəfər Bünyadzadə, naşiri və sahibi Tağı Nağıyev idi. Jurnalın ilk nömrəsi 1914-cü il 27 dekabrda, sonuncu nömrəsi 1917-ci il 29 iyunda (cəmi 112 nömrə) buraxılmışdır. Birinci il bir nömrə, ikinci il 44 nömrə, üçüncü il 1916 - cı il iyulun 30 - na kimi 28 nömrə çıxmışdır. Dördüncü il "Tuti" inqilaba qədər çıxmışdır. Həmin il müdirliyi Dadaş Bünyadzadə dəröhdə edib. Məcmuə 15 gündə bir nəşr olunmağa başlamışdır.
Tuti Bikə
Tuti Bikə (Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Əbülfət xan Tuti
Əbülfət xan Tuti (v. 1839) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir.
Tutinamə
"Tutinamə" — Ziyaəddin Nəxşəbinin 1300-cü illərdə qələmə aldığı əsər. "Tutinamə" Şərq abidəsi hesab olunur. Əsər 52 dastan-rəvayət ilk dəfə qədim hind dilində yaranmış yazılı və şifahi mənbələr əsasında XIV əsrdə fars dilinə tərcümə edilmiş və sonradan müxtəlif variantlarda işlənərək dünya xalqlarının çoxunun dilinə çevrilmişdir. Əsər qədim Şərqin adət və ənənələri etik qayda-qanunları haqqında maraqlı məlumat verməklə yanaşı, oxucunu həm əyləndirir, həm də düşündürür. Tutinamə / Nəşrə hazırlayan: Ə.Bağırov. Bakı: Azərnəşr, 1991, 368 s. Vikianbarda Tutinamə ilə əlaqəli mediafayllar var.
Tutiya
Tutiya — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dətəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim, bizcə, oğuzların üç-ox qolunun başında duran Dad bəy adlı İshaq oğlu Tuti (Dudu) şəxs adına iyyə şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 21. VI. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Saranist qoyulmuşdur. Kənddə 1831-ci ildə 36 nəfər, 1873 - cü ildə 280 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 568 nəfər, 1904 - cü ildə 493 nəfər, 1914 - cü ildə 554 nəfər, 1916-cı ildə 424 nəfər azərbaycanlı yaşamışdır.

Digər lüğətlərdə