TUTUŞMAQ


1. bax tutaşmaq.
[Nazlı] bu saat Camalın qardaşı ilə tutuşacağını zənn edirdi. Ə.Əbülhəsən.

2. Alışmaq, yanmağa başlamaq, alışıbyanmaq. [Əsli:] Ağa Kərəm, Paşa Kərəm, Xan Kərəm! Alış Kərəm, tutuş Kərəm, yan Kərəm! “Əsli və Kərəm”.
[Tarxan:] Uf, yanar odlara tutuşdum mən! A.Şaiq.

3. Azacıq bərkimək, qurumaq; suyu çəkilmək. Palçıq tutuşdu.
– Sement tutuşub qurtardıqdan sonra bərkiməyə başlayır. S.Quliyev.

4. qarş. Qurşaq yapışmaq, küştü tutmaq, güləşmək.
Dedi: – Olmaz ki, olmaz.
– Xülasə, əlacım kəsildi, elə zorxanada tutuşduq. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUTUŞMAQ toqquşmaq — vuruşmaq — döyüşmək
  • TUTUŞMAQ qızışmaq — coşmaq — yanmaq

Etimologiya

  • TUTUŞMAQ Tutaşmaq variantı da olub. Mənbələrdə rus dilinə воспламенятъся, вспыхиватъ kimi tərcümə olunub. Tütün, tüstü sözləri ilə qohumdur, qədim mənası “od”,
TUTUŞMA
TUTUZDURMA

Digər lüğətlərdə