1. bax tutaşmaq.
[Nazlı] bu saat Camalın qardaşı ilə tutuşacağını zənn edirdi.
2. Alışmaq, yanmağa başlamaq, alışıbyanmaq. [Əsli:] Ağa Kərəm, Paşa Kərəm, Xan Kərəm! Alış Kərəm, tutuş Kərəm, yan Kərəm! “Əsli və Kərəm”.
[Tarxan:] Uf, yanar odlara tutuşdum mən!
3. Azacıq bərkimək, qurumaq; suyu çəkilmək. Palçıq tutuşdu.
– Sement tutuşub qurtardıqdan sonra bərkiməyə başlayır.
4. qarş. Qurşaq yapışmaq, küştü tutmaq, güləşmək.
Dedi: – Olmaz ki, olmaz.
– Xülasə, əlacım kəsildi, elə zorxanada tutuşduq.