TƏMİZLƏMƏK

f.
1. Çirkini, ləkəsini yumaq və ya başqa yolla aparmaq, təmiz etmək; təmizləmə işi aparmaq. Ayaqqabının palçığını təmizləmək.
– Quşlar yuvalarında oturub dimdiklərini təmizləyirdilər. N.Nərimanov.

// Tərkibcə təmiz etmək, başqa şeyin qarışığından azad etmək. Qazı təmizləmək. Otağın havasını təmizləmək.
// Çırpmaq, püfləmək və s. yolla üzərindəki tozdan, qardan və s.-dən təmiz etmək.
…Marallarım … moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başlayırlar əzbərləməyə. Ə.Haqverdiyev.
[Xosrov] əl-qolunu atıb qarı təmizlədi. B.Bayramov.

// məc. Korlayan, xarab edən, pozan, yad ünsürlərdən azad etmək, təmiz etmək. Dili ehtiyac olmadan işlədilən yabançı sözlərdən təmizləmək.
// məc. Mənəvi cəhətdən təmiz etmək.
Əziz balalar! Bizə yemək-içməkdən başqa, ruhumuzu təmizləmək, ağlımıza sığal vermək lazımdır. N.Nərimanov.

2. Üz hissəsini, qabığını və s.-ni soyub atmaq, kənar etmək. Kartofu təmizləmək. Balığı təmizləmək. Yumurtanı təmizləmək.
3. Bir yerdən artıq, lazımsız, kənar şeyləri götürmək. Stolun üstünü təmizləmək. Otağı artıq şeylərdən təmizləmək.
// Üstündəki lüzumsuz, mane olan şeylərdən azad etmək. Yolu təmizlədilər.
Bir dəstə soldat Montini qazamatdan məhkəməyə gətirirdi. M.S.Ordubadi.

4. Bir yeri düşməndən, arzu edilməyən kənar adamlardan azad etmək.
Səhər açılanda bizim hissələr cəbhənin bu sahəsini tamamilə düşməndən təmizlədilər. M.İbrahimov.

5. Yığışdırmaq, sil-süpür etmək. Otağı təmizləmək.
– Hər gün saat beşdə doktorgildən qayıdan Xavər evi təmizlər, xörək hazırlar, çay qoyar(dı). M.İbrahimov.

6. məc. dan. Nə varsa hamısını aparmaq, oğurlamaq. Oğrular evi təmizləmişdilər.
7. məc. İçində olan şeyin hamısını yemək, yeyib qurtarmaq. Kasanı təmizləmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏMİZLƏMƏK saflaşdırmaq
  • TƏMİZLƏMƏK silmək — süpürmək — kürümək
  • TƏMİZLƏMƏK soymaq
  • TƏMİZLƏMƏK boşaltmaq
  • TƏMİZLƏMƏK 1. TƏMİZLƏMƏK Bir yanda da bəziləri tüfəngini silib təmizləyir, bəziləri də tüfənglərini başlarının altına qoyub uzanmışdı (S
TƏMİZLƏMƏ
TƏMİZLƏNMƏ

Digər lüğətlərdə