UZUN
UZUNÇU
OBASTAN VİKİ
Uzun-Aral
Uzun-Aral — boğaz Aral dənizinin şərq və qərb hissələrini birləşdirir. Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırır. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göllə əlaqə təmin edilir. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Yay ayı şərq gölü tamamən qurusa da yenidən dolur.
Uzun Həsən
Uzun Həsən (tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; 1423, Diyarbəkir – 6 yanvar 1478, Təbriz) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Azərbaycan padişahı, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır: 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.
Uzun boşluq
Uzun boşluq, uzun şpasiya – ölçüsü şriftin punktla ölçüsünə bərabər olan sözlərarası boşluq; məsələn: 12-punktlu şriftdə bu, eni 12 punkt olan boşluq olacaq. İngilis dilindəki adı (em space) onunla izah olunur ki, bəzi şriftlərdə belə boşluğun ölçüsü baş M hərfinin eninə bərabər olur ki, o da öz növbəsində şriftin punktla ölçüsünə bərabərdir.
Uzun divarlar
Uzun divarlar q.yun. Μακρά Τείχη) — e.ə. V əsrdə Afinadan Pirey limanına gedən yolu mühafizə etmək üçün tikilmiş divarlar. Afina Sparta ilə apardığı müharibədə (e.ə.431-e.ə. 401) məğlub olandan sonra "Uzun divarlar" dağıdıldı. G. E. M. de Ste. Croix. The Origins of the Peloponnesian War. Duckworth and Co., 1972. ISBN 0-7156-0640-9 Fine, John V. A. The Ancient Greeks: A Critical History.
Uzun gecə
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Uzun hücumçu
Uzun hücumçu və ya 4 nömrə basketbolun əsas 5 mövqeyindən biri. Bu mövqedə olan oyunçular səbət altında mərkəz mövqedəki oyunçuya yardım edir. Lazım gəldikdə belə basketbolçular kənara çıxıb atışlar da ata bilirlər. Bu mövqedəki oyunçuların ribaund qabiliyyəti yüksəkdir. Mərkəz mövqedəki basketbolçulardan qısa, qısa hücumçu mövqeyindəki oyunçulardan , adətən, uzun olurlar. Lakin çox cəhətli basketbolçulardır. NBA-də uzun hücumçuların boyları təxminən 2.03 m-dən (6'8" ) 2.13 m-ə (7'0") qədər, WNBA-də isə 1.85 m-dən (6' 1") 1.93 m-ə (6' 4") qədər olur.
Uzun il
Uzun il — hal-hazırda istifadə etdiyimiz Qriqori təqvimində fevral ayı 28 gün əvəzinə 29 gün çəkən və 365 gün əvəzinə 366 gün davam edən hər dördüncü il. Bunun səbəbi Yer planetinin Günəş ətrafında tam dövretmə vaxtının (astronomik il), Günəşin eyni meridiandan iki dəfə keçməsi arasındakı ortalama vaxtın tam günə bərabər olmamasıdır. Belə ki, bir astronomik il 365 gün yox, 365,242 gündür. Əksərən uzun illər 4-ə qalıqsız bölünən illərdir: 1992, 1996, 2000, 2004, 2008, 2016, 2020, 2024 və s. Ancaq bu halda astronomik ilin 365,250 olması lazım idi. Bu rəqəm isə 365,242 gün olduğu üçün qaydanın iki istisnası vardır: 100-ə qalıqsız bölünən illərdən ancaq 400-ə qalıqsız bölünənlər uzun il sayılır: 1200, 1600, 2000, 2400 uzun illərdir (400-ə qalıqsız bölündüyü üçün), ancaq 1700, 1800, 1900, 2100 uzun il deyildir (4-ə qalıqsız bölünməyinə baxmayaraq). Astronomik ili daha da dəqiqləşdirmək üçün 4000-ə qalıqsız bölünən illər də (400-ə tam bölünməsinə baxmayaraq) uzun il kimi qəbul edilməyəcək: 4000, 8000, 12000, 16000 və s.
Uzun kurkuma
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Uzun körpü
Uzun körpü — Ədirnədə, Ergene çayı üzərində, Anadolu ilə Balkanları bir-birinə bağlayan yeganə körpü və dünyanın ən uzun daş körpüsüdü. Keçmiş adı Ergene köprüsüdür(Cisri Ergene). Körpünün adı Ədirnə Uzunkörpü ilçəsinə vermişdir. Uzun körpü 1426–1443-cü ildə Osmanlı sultanı II Murad tərəfindən, dövrün baş memarı Müslihiddinə tikdirilib. Körpünün tikintisində baş memar Usta Muslihinddin ilə Memar Mehmed birlikdə çalışmışdılar. 1392 metr uzunluğu, 6.80 metr enində olan körpünün 174 kəməri vardır və 4 il ərzində inşa edildi. Kəmərlərinin bəziləri kəskin, bəziləri girdədir. Körpünün hündürlüyü və eni yer yer dəyişir. Bəzi bölmələrində selyaranlar və üstündə eyvanlar var. Daş sütunlar arasında fil, şir, quş fiqurları diqqət çəkir.
Uzun sarıkök
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Uzun tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Uzun topalaq
Uzun topalaq (lat. Cyperus longus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Chlorocyperus longus (L.) Palla Eucyperus longus (L.) Rikli Pycreus longus (L.) Hayek Cyperus longus subsp. badius (Desf.) Bonnier & Layens Cyperus longus subsp.
Uzun usneya
Uzun usneya Elmi adı - Usnea longissima Ach. (usnea laricina Vain.) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür. Tallomu kolşəkilli, uzundur, sallaqdır, uzunluğu 60 sm-ə qədər, açıq oz-yaşıl və ya sarımtıl –boz rənglidir, sadə və ya zəif budaqlanandır. Budaqları nazikdir, diametri 1 mm-ə qədər, uzunluğu 1-3 sm-ə qədərdir, fibrilli və azsaylı soredilidir. Özəyi zəif inkişaf edib, mərkəzi silindr möhkəmdir, tallomu yarıya qədər doldurur. Yodun təsirindən rəngi göyərir. Apotesilər bizim nümunələrdə yoxdur. Mezokserofitdir, işıqsevəndir, sporla və soredillərlə çoxalır. Antimikrob xüsusiyyətinə görəqədim xalq təbabətində, cərrahiyədə, ginekologiyada yaraların sağalmasında istifadə olunur.
Ənvər Uzun
Ənvər Uzun (türk. Enver Uzun; 18 iyul 1958, Ağcaabad, Trabzon ili) — Türkiyə ədəbiyyatşünası, folklorçusu, tərcüməçi və publisisti. Filologiya üzrə elmlər doktoru 1997, Azərbaycan Yazıçılar Birliyinin üzvü 2005. Ənvər Uzun 18 iyul 1958-ci ildə Türkiyə Cümhuriyyətinin Akçaabat qəzasının Dumankaya kəndində anadan olmuşdur. 1969-cu ildə ibtidai məktəbi, 1972-ci ildə orta məktəbi, 1975-ci ildə litseyi bitirmişdir. 1992-ci ildə Əskişəhər Anadolu Universitetinin ədəbiyyat fakültəsini bitirmişdir. 1997-cı ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaşar Qarayevin elmi rəhbərliyi ilə "Hüseyn Cavid və Türkiyə ədəbi muhiti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bir müddət Türkiyə Futbol Federasiyasında futbol hakimi vəzifəsində fəaliyyət göstərmişdir (1991–1996). Daha sonra Trabzon Bələdiyyəsi Kültür Kurulunun üzvü olmuşdur (2002-2007). Trabzon Yazarlar Birliyinin (1996), Anadolu Basın Birliyinin (2000), Dünya Gənc Türk Yazarlar Birliyinin (2002), Azərbaycan Yazıçılar Birliyinin (2005) üzvüdür.
Uzun ev
Uzun ev (hərfi tərcümədə ing. longhouse) — arxeologiya və antropologiyada tək otaqlı uzun dar ev növü. Tarixin müxtəlif dövrləri və tarixdən əvvəlki Avropa və Kolumbiyadan əvvəlki Amerikadan müasir Asiyaya qədər müxtəlif xalqlar üçün xarakterikdir. Bu, pastoral mədəniyyət üçün ən xarakterikdir və çox vaxt bütün iqtisadiyyatı birləşdirir: yaşayış yeri, heyvanlar üçün tövlə və anbar. Tipik olaraq, Avropadakı Neolit dövrü uzun evi, orta əsr Dartmur uzun evi və hindi uzun evi də daxil olmaqla, daimi taxta tikintinin erkən formasını təmsil edirdi.
Uzun illər
Uzun il — hal-hazırda istifadə etdiyimiz Qriqori təqvimində fevral ayı 28 gün əvəzinə 29 gün çəkən və 365 gün əvəzinə 366 gün davam edən hər dördüncü il. Bunun səbəbi Yer planetinin Günəş ətrafında tam dövretmə vaxtının (astronomik il), Günəşin eyni meridiandan iki dəfə keçməsi arasındakı ortalama vaxtın tam günə bərabər olmamasıdır. Belə ki, bir astronomik il 365 gün yox, 365,242 gündür. Əksərən uzun illər 4-ə qalıqsız bölünən illərdir: 1992, 1996, 2000, 2004, 2008, 2016, 2020, 2024 və s. Ancaq bu halda astronomik ilin 365,250 olması lazım idi. Bu rəqəm isə 365,242 gün olduğu üçün qaydanın iki istisnası vardır: 100-ə qalıqsız bölünən illərdən ancaq 400-ə qalıqsız bölünənlər uzun il sayılır: 1200, 1600, 2000, 2400 uzun illərdir (400-ə qalıqsız bölündüyü üçün), ancaq 1700, 1800, 1900, 2100 uzun il deyildir (4-ə qalıqsız bölünməyinə baxmayaraq). Astronomik ili daha da dəqiqləşdirmək üçün 4000-ə qalıqsız bölünən illər də (400-ə tam bölünməsinə baxmayaraq) uzun il kimi qəbul edilməyəcək: 4000, 8000, 12000, 16000 və s.
Uzun-Hacı Saltinski
Uzun-Hacı Saltinski və ya Uzun-Xair Hacı-Xan Saltinski (1848 - 30 Mart 1920) — Dağıstan və Çeçenistanın dini və siyasi lideri, Şimali-Qafqaz əmirliyinin əmiri. Milliyyətcə avardır. Uzun-Hacı 1848-ci ildə Qünib rayonunun Salta kəndində anadan olmuşdur. Gəncliyində Şeyx Şamilin Şimali Qafqaz imamlığında dövlət aparatının baş müfəttişi Soqratlı Şeyx Əbdürəhman-Hacının müridi idi. 11 il boyunca Uzun-Hacı bu məşhur alimin yanında təhsil almış, daha sonra Osmanlı İmperiyasında: Ərəbistanda, Suriyada, Türkiyədə İslam ruhanili üzrə təhsilini davam etdirmişdir. Ali ruhani təhsil alan Uzun-Hacı ilahiyyatla bağlı elmi əsərlər toplamağa başlamış və dini şeirlə ciddi maraqlanmışdır. O, 1877-ci il üsyanında da fəal iştirak etmişdir. Onun iştirakı ilə ilk döyüş 1877-ci ilin Ramazan ayının ilk günü Salta körpüsündə (qırmızı körpü) baş vermişdir. Üsyan yatırıldıqdan sonra tutulmuş və 7 il müddətinə Samara vilayətinin Novouzensk rayonuna sürgün edilmişdi, lakin 4 ildən sonra o, sürgündən qaçaraq Dağıstana dönmüşdü. 1910-cu ildə Salta kəndində hakimiyyətin icazəsi olmadan mədrəsə tikdirdiyinə görə ikinci dəfə həbs olunmuşdur.
Uzun Gecə (1977)
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Uzun Günbəz türbəsi
Uzun Günbəz türbəsi — Elxanilər dönəmində Qəzvində Həmdullah Qəzvini şərəfinə tikilmiş tarixi türbə. Türbə 13-cü və 14-cü yüzilliklərin arasında, Elxanilər dönəminin görkəmli coğrafiyaçı və tarixçisi olan Həmdullah Qəzvininin məqbərəsi üstündə tikilmişdir. Türbə hazırkı Qəzvinin Mələkabad məhəlləsində, sıx yaşayış evlərinin arasında yerləşir. Türbə Azərbaycan memarlıq üslubunda tikilmişdir. Türbənin sahəsi 40 metr və yerləşdiyi bağın ümumi sahəsi isə 280 metrdir. Başqa Elxani türbələrinə bənzər olaraq türbədə istifadə olunan yeganə material kərpicdir. Türbənin planı səkkizbucaqlı olaraq, üstü isə Konus şəkilli firuzəyi günbəz ilə örtülmüşdür. Günbəzinin uzunsov olmasına görə, türbə yerlilər arasında "Uzun Günbəz" kimi tanınır. Türbənin döşəməsi yer səviyyəsindən aşağıda yerləşir. Türbənin giriş qapısı ağacdan olaraq, oyulmuş dolaşıq çiçəkvari naxışlar ilə diqqət çəkir; Türbənin içərisi isə parlaq firuzə rəngli kaşılarla bəzədilmişdir.
Uzun Həsənin Qanunnaməsi
Uzun Həsənin Qanunnaməsi — XV yüzillikdə Azərbaycanın Ağqoyunlu dövlətinin başçısı Uzun Həsən tərəfindən tərtib (1470–1477-ci illərdə) edilmiş qanunvericilik aktı. Təkcə Azərbaycanda deyil, Uzun Həsənin hakimiyyəti altında olan bütün ərazilərdə qüvvədə olmuşdur. "Qanunnamə" dövrümüzədək gəlib çatmamışdır. Uzun Həsənin Qanunnaməsi əsasən aqrar və vergi məsələlərilə əlaqədar münasibətlərin tənzimlənməsinə yönəldilmişdi. "Qanunnamə" təqribən 85 il ərzində qüvvədə olmuşdur. Bu qanunvericilik aktını kənd təsərrüfatı və vergilər sahəsində aparılmış hüquqi islahat kimi də qiymətləndirmək olar. "Qanunnamə"də qismən mühakimə icratı, qazıların vəzifəyə təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin hesablanması məsələlərinə də toxunulmuşdur. Belə ki, qazılar bu vəzifəyə artıq bilik və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilirdilər. Məhkəmədə iddia qaldırmaq müddəti xeyli qısaldılmışdır. Uzun Həsənin Qanunnaməsi Azərbaycanın dövlət və hüquq, o cümlədən siyasi və hüquqi fikir tarixinin öyrənilməsi baxımından qiymətli mənbə hesab oluna bilər.
Uzun bıçaqlar gecəsi
"Uzun bıçaqlar gecəsi" (alm. Nacht der langen Messer‎), və ya Röm qiyamı (alm. Röhm-Putsch‎) — Adolf Hitlerin SA hücum qruplarının bəzi rəhbərlərinə qarşı 30 iyun 1934-cü ildə tutduğu divan. Əməliyyatın kod adı "Kolibri"dir (alm. Unternehmen Kolibri‎). Təzyiqin səbəbi Ernst Römün başçılıq etdiyi hücum dəstələrinin dövlət çevrilişinə hazırlıq etməsi şübhələrinin olması idi.
Uzun fayl adı
Uzun fayl adı (en. long filename) – uzunluğu 11 simvoldan (DOS əməliyyat sistemində olduğu kimi) çox olan fayl adı. Uzun fayl adları OS/2, Windows, Macintosh, UNIX əməliyyat sistemlərində dəstəklənir. Windows 95 və sonrakı versiyalarda fayl adının uzunluğu 255 simvoladək ola bilər. Fayl adlarında həm kiçik, həm də böyük hərflərdən, eləcə də boşluq somvolundan istifadə etmək olar. Komandada istifadə olunduqda adında boşluq simvolu olan uzun fayl adlarını dırnaq arasında göstərmək lazımdır. Məsələn: C:\> dir “My Program Files” DOS və Windows 3 əməliyyat sistemlərində uzun fayl adları avtomatik olaraq qısa fayl adlarına çevrilir (məsələn, MY˜PRO˜1 kimi). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uzun iynəli kirpi
Uzun iynəli kirpi və ya Tünd iynəli kirpi (lat. Paraechinus hypomelas) — Məməlilər sinfinə, Kirpilər fəsiləsinə daxil olan növ. Uzun iynəli kirpi 500–900 qram ağırlığında və 226–272 mm uzunluğunda olur. İynələri 40–42 mm uzunluğuna sahibdir. Bədəninin aşağı hissəsi yumşaq və uzun saçlarla örtülmüşdür. Uzun iynəli kirpinin qulaqları yumşaqdır. Qulaqlar başın yarısından uzundur. Qulaqların içi boz rəngdədir. Sifət qara-qəhvəyi rəngdə olsa da, az miqdarda ağ tüklərə sahibdir. Bu kirpilərin iki rəng çeşidi var: tünd və açıq.
Uzun İskəndəri (Urmiya)
Uzun İskəndəri (fars. ‎اوزان اسكندري‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (83 ailə).
Uzun Həsən məscidi
Uzun Həsən məscidi və ya Həsən Padşah məscidi (fars. مسجد حسن پادشاه‎ ) - 1470-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin əmri ilə Təbrizdə Sahib Abad meydanında inşa edilən məscid. Uzun Həsən məscidi Nəsriyyə digər adı ilə Sahib Abad kompleksinin tərkib hissələrindən biri olub Təbrizdə, Sahib Abad meydanında yerləşir. Əsası 1466-cı ildə Qaraqoyunlu Cahanşah tərəfindən qoyulan Sahib Abad kompleksi günümüzdə mövcud deyil. 1467-ci ildə Ağqoyunlular hakimiyyətə gəldikdən sonra kompleksə öz binalarını əlavə edirlər. XV əsrdə Ağqoyunlu sarayında olan venesiyalı elçi İosafat Barbaro kompleks haqqında məlumatlar vermişdir. Daha sonra Xunci İsfahaninin qeydlərində kompleksə daxil olan Sultan Xəlil dövründə inşa edilib Sultan Yaqub tərəfindən inşaası davam etdirilən türbə barədə məlumatlar var. Məscid eyni yerdə yerləşən qaraqoyunlu məscidinin əvəzinə tikilmişdir. Uzun Həsən məscidi ilə yanaşı Sahibüləmr məscidi də qalmaqdadır. Məscidin əsası Uzun Həsən tərəfindən qoyulub.

Digər lüğətlərdə