VƏHŞİ

sif.
1. İbtidai halda olan, ibtidai mədəniyyət pilləsində olan; ibtidai. Vəhşi tayfalar. İnsanlar vəhşi halında yaşadıqları zaman.
[Skif tayfası] cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlif qəbilələrdən ibarət idi. A.Bakıxanov.

// İs. mənasında.
[3-cü cəngavər:] Anasının namusunu ləkələmək istəyən vəhşilərdən dörd nəfərini vurub yerə sərdi. M.Hüseyn.

2. Heyvan və quşlar haqqında: insanlara öyrənməmiş, ələ öyrənməmiş, çöldə sərbəst yaşayan. Vəhşi pişik. Vəhşi ördək. Vəhşi öküz.
– Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikanın bütün meşələrində çoxlu ayı, canavar, tülkü və Sibir samuru vardır. M.Qaşqay.

// İs. mənasında. Vəhşi heyvan.
Musiqi daşları gətirir dilə; Ram olur səsinə vəhşilər belə. S.Vurğun.

3. Yabanı, öz-özünə çöllərdə bitən.
Göyərən vəhşi güllər; Çığıran arzum kimi… Necə belini bükdü; Ocağını qaraltdı. B.Vahabzadə.

4. məc. Adamdanqaçan, adamayovuşmaz, ürkək, utancaq. Vəhşi uşaq. Bu qız lap vəhşidir ki.
5. məc. Adamsız, insansız, tənha; insan ayağı dəyməmiş, məskun olmayan. Vəhşi çöllər.
// Qorxunc, vəhşətli, heybətli. Vəhşi qayalar.
– Bu vəhşi ormandan uçmaq dilərdin; Bu qara zindandan qaçmaq dilərdin. M.Müşfiq.

6. Azğın, qudurmuş, qaba, tərbiyəsiz. Vəhşi hərəkət.
[Əbülhəsən bəy:] Köməksiz və yardımsız bir qızı sərxoş və vəhşi zabitlərin əlindən xilas etmək vəzifəm idi. M.S.Ordubadi.

// Önüalınmaz, azğın, qızmış, coşmuş.
Mübaşir Məmməd vəhşi ehtirasla yanan gözlərini bir də Gülzara tərəf çevirdi… M.İbrahimov.

// Qeyri-mədəni, mədəni cəmiyyətə yaraşmayan, mədəniyyətə yaraşmayan, mədəniyyətə zidd olan.
“Molla Nəsrəddi”nin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməyi yolunda çalışmaqdır. C.Məmmədquluzadə.
İnqilabdan əvvəl vəhşi adətlərdən biri də qan düşmənçiliyi idi. S.S.Axundov.
[Zeynal] qızmış vəhşi bir baxışla Mehribana tərəf yürüdü. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏHŞİ 1. VƏHŞİ (müxtəlif mənalarda) Can qurtarmaqçın vəhşi; Azğın yırtıcılardan.. (M.Rzaquluzadə); AZĞIN, QUDUZ O bizim tankçılardır; Bir anda qan uddurur;
  • VƏHŞİ ibtidai
  • VƏHŞİ yabanı — cır
  • VƏHŞİ azğın — qaba — tərbiyəsiz — qudurğan

Antonimlər (əks mənalı sözlər)

  • VƏHŞİ VƏHŞİ – MƏDƏNİ O nə vəhşi adamdır (S.Vəliyev); Qoşatxan mədəni və tərbiyəli adam idi, lakin heç kəsə borclu qalmağı sevməzdi (M
VƏHŞƏTLİ
VƏHŞİCƏ

Digər lüğətlərdə