VASİTƏSİZ

sif. Vasitəsi olmayan; doğrudan doğruya olan, arada heç bir vasitə olmayan, bilavasitə.
◊ Vasitəsiz nitq – qrammatikada: birisinin olduğu kimi, yəni heç bir dəyişiklik edilmədən verilən sözləri.
Vasitəsiz tamamlıq – qrammatikada: cümlədə ismin təsirlik halında olan söz.

Antonimlər (əks mənalı sözlər)

  • VASİTƏSİZ VASİTƏSİZ – DOLAYI Vasitəsiz nitq başqasının fikrini eyni ilə verməkdir. Qız həyadanmı, yaxud nədən dolayı isə cavab verməz (R
VASİTƏSİLƏ
VASSÁL
OBASTAN VİKİ
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.

Digər lüğətlərdə