VAV

Ərəb əlifbasında “و” yazılan hərfin adı.
VATTMETR
VAVEYLA
OBASTAN VİKİ
Nikolay Vavilov
Nikolay İvanoviç Vavilov (rus. Никола́й Ива́нович Вави́лов; 13 (25) noyabr 1887, Moskva – 26 yanvar 1943[…] və ya 1943, Saratov) — rus əsilli SSRİ genetiki, botaniki və aqronomu. Alim mədəni bitkilərin mənşəyi üzrə araşdırmalar aparmış, həyatını buğda, qarğıdalı və sair taxıl bitkilərinin qida mənbəyi kimi inkişaf etdirilərək, bəşəriyyətin istifadəsinə verilməsinə həsr etmişdir. Akademik Vavilov 1920-ci ildə ümumi Rusiya seleksiya qurultayında homoloji sıralar qanunu haqqında məruzə etdikdə professor V. V. Zelenski demişdir: "Bu tarixi bir qurultay oldu. Bioloqlar öz Mendeleyevini təbrik edə bilərlər". Bu fikir homoloji sıralar qanununun əsas mahiyyətini şərh edir. Mendeleyev cədvəlində bir sıraya düzülmüş elementlərin xassələri məlum olduqda həmin sıraya daxil ola biləcək, lakin hələ tapılmayan elementlərin də xarakter xüsusiyyətlərini əvvəlcədən qeyd etmək mümkündür. Vavilovun qanununa görə, bir fəsiləyə, məsələn, taxıllar fəsiləsinə mənsub olan bir növdə müəyyən bir mutasiya görünmüşsə, həmin fəsiləyə mənsub başqa cinslərdə və növlərdə də bu cür mutasiyaları gözləmək olar.
Triticum aestivum subsp. vavilovii
Triticum aestivum var. vavilovianum
Triticum antiquorum var. vavilovianum
Triticum spelta subsp. vavilovii
Triticum vavilovii
Triticum vavilovii var. lorenze
Triticum vavilovii var. munuru
Triticum vavilovii var. mupuru
Triticum vavilovii var. ramocoeruleum
Triticum vavilovii var. ramomuticum
Triticum vavilovii var. sisianicum
Triticum vavilovii var. vavilovomilturum
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..
Vavan (Sərdəşt)
Vavan (fars. واوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 842 nəfər yaşayır (146 ailə).
Vavel kral qəsri
Vavel kral qəsri (pol. Zamek Królewski na Wawelu) — Polşanın Krakov şəhərində Vavel yüksəkliyində ucalan qəsr. 1945-ci ildən başlayaraq Dövlət İncəsənət muzeyi kimi fəaliyyət göstərir. Krakov şəhəri orta əsrlərdə bir neçə əsr polyak krallıqlarının paytaxtı olduğu üçün Vavel qəsri bir çox kralların əsas iqamətgahı olub. İlk baxışdan elə də böyük görünməsə də, qəsr neçə yüz illik tarixə malikdir və burada tarixi insanlar yaşayıblar. Vavel qəsri Krakov şəhərinin mərkəzindən piyada yolla təxminən 20 dəqiqəlik bir məsafədə, Vistula çayının sahilindəki təpənin üzərində yerləşir. Qəsrdəki qədim tarixi olan yerləri, məzarları, kilsələri, qəsrin otaqlarını ziyarət etmək üçün ən azı beş-altı saat vaxt lazımdır. Kilsələrin çoxunda şəkil çəkmək qadağandır, mühafizəçilər deyir ki, bununla siz insanların ibadətinə mane olursunuz. Qəsrdə Polşa tarixinin bir çox önəmli siyasətçiləri, ziyalıları dəfn olunub. Vavel qəsri bəzi polyak krallarının, polyakların ən sevimli inqilabçı şairi olan Adam Mitskeviçin və təyyarə qəzasında həyatını itirən sabiq prezident Lex Kaçinskinin və onun həyat yoldaşı Mariya Kaçinskinin məzarlarına ev sahibliyi edir.
Vaveyla (pyes)
Vaveyla (pyes) — "Vaveyla" səhnə əsəri, 1926-cı ildə “Bakı İşçisi Kooperativ Nəşriyyatı” tərəfindən Bakıda çap edilmişdir. İki pərdədən ibarət "Vaveyla" tragikomediya 1926-cı ildə qələmə alınmışdır. Əsərdə, din adı altında avam xalqı aldadan mollalar yazıçı tərəfindən tənqid edilir. Bundan başqa, yazıçı xalqı maariflənməyə, bu cür yalançı insanların oyununa gəlməməyə çağırır. Əsərdə, İranda fərqli peşələrdə çalışan insanların Qafqazdakı insanların cahilliyindən faydalandıqları və onları aldatdıqlarından bəhs olunur. Molla Kazım İranda saxtakarlıq etməklə insanları aldatmaqla məşğuldur. Qafqaza gəldikdə hər yanda özünü mömin kimi təqdim edir. Burada insanları cəhalətə aparır və bu yolla pulunu qazanır. Özünü dini xadimi kimi tanıtsa da, əslində dindən xəbərsiz biridir. Nəhayət, xalqın içərisindən onun yalanlarını ifşa edən biri çıxır və bütün etdiklərinin hesabını ödətdirir.
Vavilon söyüdü
Vavilovo
Vavilovo – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Vavilovo kəndi Xəzər inzibati vahidliyinə daxildir. Milli tərkibi: Azərbaycanlılar, Ləzgilər, Tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər. Dərbənd şəhərindən 8 km cənubda yerləşir. Vavilovo kəndi Dağıstan təcrübə stansiyası ərazisində təşkil edilmişdir. Kənd Nikolay İvanoviç Vavilovun şərəfinə adlandırılmışdır. Təcrübə üçün yeri hələ akademik 1930-cu illərdə seçmişdir. Ancaq kənd 1969-cu ildə təsis edilmişdir.
Vavjinets Jmurko
Vavjinets Jmurko (pol. Wawrzyniec Żmurko; 9 iyul 1824 – 3 aprel 1889, Lvov, Sisleytaniya) — Polşa riyaziyyatçısı. O, Lvov Universitetinin və Lvov Politexnikinin professoru, Lvov Universitetinin fəxri işçisi, Polşa Tədris Akademiyasının üzvü olmuşdur. Jmurko həmçinin, 1879–1881-ci illərdə Polşa Kopernik Təbiətşünaslar Cəmiyyətinin prezidenti olmuşdur. O, 1885–1886-cı illərdə Lvov Universitetinin rektoru olmuşdur.

Digər lüğətlərdə