Frans Verfel
Frans Verfel (d. 10 sentyabr 1890, Praqa - ö. 26 avqust 1945, Beverli-Hillz, Kaliforniya) - Avstriya yazıçısı, dramaturqu və şairi.
1920-ci illərdə Almaniyanın ən tanınmış yazıçılarından biri idi. Nasist Avstriyanın 1938-ci il işğalından sonra Vyananı tərk etdi, ilk olaraq Fransaya, Fransanın istilasından sonra isə ABŞ-də məskunlaşdı.
1890-cı ildə Praqada anadan olub. Alman dilli yəhudi icmasına mənsub idi. Atası əl sənayesi əlcəklərinin zəngin istehsalçısı Rudolf Verfel, anası isə fabrik sahibinin qızı Albine Kussi idi. Franz Verfel cütlüyün üç övladından birincisi olub. Katolik dayə Barbara Simunkovanın təsiri ilə xristian mədəniyyətinə yaxın bir şəkildə böyümüşdü.