1. Zərbə endirilmək. Ağac ilə vurulmaq.
// Döyülmək, kötəklənmək.
2. Çalınmaq, qaxılmaq, soxulmaq. Paya vurulmaq. Taxtaya iki mıx vurulmuşdur.
3. Güllə ilə vurulub öldürülmək. Ovda ikicə quş vuruldu.
// Güllə ilə və ya başqa bir şeylə vurulub yaralanmaq. Ceyran ayağından vurulmuşdur.
4. Dayadılmaq, qoyulmaq, dirədilmək. Dəstək vurulmaq. Dayaq vurulmaq.
5. Taxılmaq, keçirilmək, bağlanmaq. Cidar vurulmaq. Buxov vurulmaq.
6. Sərrast atılaraq toxundurulmaq, dəydirilmək. Hədəf vurulmuşdur.
// Güllə və s. ilə zədələnmək.
7. Yüklənmək, yığılmaq, qoyulmaq, doldurulmaq. Vaqonlara yük vurulub qurtardı. Maşına iki ton yük vurulmuşdur. Anbarlara on tonlarla buğda vurulub.
8. Taqqıldadılmaq, döyülmək.
9. Çalınmaq, eşidilmək. Zəng vuruldu.
10. Sürtülmək, çəkilmək, yaxılmaq. Qapıya təzə rəng vurulmalıdır.
11. Yapışdırılmaq, asılmaq, bənd edilmək. Divarlara elan vurulmuşdur.
12. riyaz. Artırılmaq, zərb edilmək. İki beşə neçə dəfə vurulmuşdur? İyirmi ikiyə vurulanda qırx alınır.
13. Calanmaq, aşılanmaq. Calaq vurulmaq. Qələm vurulmaq. Aşı vurulmaq.
14. Kəsilmək, kəsilib gödəldilmək, qısaldılmaq. Paltonun ətəkləri bir qədər vurulmalıdır.
15. Cihaz və s. vasitəsilə yeridilmək (maye, hava, qaz və s.). Balona hava vurulmaq. Nasosla su vurulmaq. İynə vurulmaq.
16. dan. Bir vahid əsas götürülərək hesablanmaq. [Soltan:] Hədiyyələri hesabladım.
17. Bir sıra isimlərin yanına gətirilərək ismin ifadə etdiyi məna ilə əlaqədar mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: yamaq vurulmaq (yamaqlanmaq), nal vurulmaq (nallanmaq), əl vurulmaq (toxunulmaq).