Qarabaş

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qarabaş
Ölkə
Tarixi və coğrafiyası
Ləğv olunub 1939
Əhalisi
Əhalisi
  • 49 nəf. (1931)

Qarabaş (və yaxud Qarabaşlar[1][2][3]) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd.

Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb.[4][1]

Adı

Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[2]

Əhalisi

1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir.[1][2] Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir.[4]

1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi səhvən farslar kimi göstərilib. Amma kənddə heç vaxt farslar yaşamayıb, yalnız azərbaycanlılar yaşayıb.[2]

Tayfaları [4]

  • 1. Dərgah uşağı
  • 2. Hacı uşağı
  • 3. Haxı uşağı
  • 4. Həsən uşağı
  • 5. Hüseyn uşağı
  • 6. İsmayıl uşağı

Ailələri [4]

  • 1. Abış Həsənoğlu
  • 2. Dərgah
  • 3. Əbülfəz
  • 4. Əlipənah
  • 5. Həsən
  • 6. Hüseyn
  • 7. Xanəli Hacıyev
  • 8. İbrahim
  • 9. Məhəmməd
  • 10. Məmmədqulu
  • 11. Müsürza Sayadoğlu
  • 12. Mütəllim Hacıyev
  • 13. Nəbi
  • 14. Zeynal
  • 15. Ziyad

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 Akif Muradverdiyev. «Zəngəzur. Tariximizin yaddaşı», Bakı, "Xəzər" nəşriyyatı, 2007.
  2. 1 2 3 4 İbrahim Bayramov. «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine, Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 86. ISBN 5-8066-1452-2 Arxivləşdirilib
  3. Musa Urud. «Zəngəzur», Bakı, "Nurlar", 2005. səh. 311.
  4. 1 2 3 4 Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002