Qayğı (Laçın)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qayğı
39°39′29″ şm. e. 46°32′16″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qayğı xəritədə
Qayğı
Qayğı

QayğıAzərbaycanın Laçın rayonu Qayğı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Tarixi

18 may 1992-ci ildə işğal edilib.

Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır.[1]

2022-ci ilin avqust-sentyabr aylarında istifadəyə verilən Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolun üzərində yerləşir.[2] 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu bu yola nəzarət edir.

Toponimikası

1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır.[3]

Coğrafiyası və iqlimi

Qəsəbə Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
  3. Qayğı (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər

Həmçinin bax