Ərdəşəvi — Azərbaycan Respublikasının Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Ərdəşəvi | |
---|---|
39°45′20″ şm. e. 46°29′12″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Ərdəşəvi kəndi dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Bəzi mənbələrdə Ardaşavi kimi də verilmişdir.[2]
Ərdəşəvi kəndi haqqında tədqiqatçılar toponimin ardaş (ardıc ağacı) və va (yer) sözlərindən ibarət olduğunu da yazırlar, "ardıclı yer" mənasını daşıyır.[2]
Əslində isə Ərdəşəvi əsl türkmənşəli söz olub, ər sözü igid mənasında, daş sözü (ərdaşı) "ərin daş qoyduğu" yer və ya Ardaşı, Ərdəşi, Ər evi kimi mənaları da verir.[3]
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |