Daşkörpü (Amasiya)

DaşkörpüErmənistanın Şirak mərzində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Sürməli qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur.[1][2] Mərz mərkəzindən 3 km məsafədə yerləşir.

Daşkörpü
40°58′ şm. e. 43°46′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Daşkörpü xəritədə
Daşkörpü
Daşkörpü

Tarixi[redaktə | mənbəni redaktə et]

Kənd Qars əyalətinin Daş körpü[1]kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[3]

Amasiya heyvandarlıq sovxozuna birləşdirilmişdir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Burada tarixən azərbaycanlılar yaşamışdır. 1905-ci ildə 396, 1914-cü ildə 431, 1931-ci ildə 233 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı onlar hamısı buradan qovulmuşdur.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  2. Гейбуллаев Г.А. О происхождении некоторых этиотопонимов Азербайджана (Галагани, Гаяли, Гаргалыг, Даначи, Дуванни, Улашлы). № 11. ДАН Азерб. ССР,. 1978,.
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дашкөрпү // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  4. "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli və Əbülfət Heydər)