Nəzərəvan

Nəzirəvan, Nəzərəvan, Nəzirvanİrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[2][3][4]

Tarixi Azərbaycan əraziləri
Nəzərəvan
Ümumi məlumatlar
Bölgə Karbi mahalı
Əhalisi
  • 450 nəf. (2011)[1]
Saat qurşağı
Xəritədə yeri
Nəzirəvan xəritədə
Nəzirəvan
Nəzirəvan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzidən 7 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Nəzərocaq qışlağı kimi[5], Qafqazın 5 verstlik xirtəsində Nəzravan formasında[6] qeyd edilmişdir.1728-ci ildən mə'lumdur[7][8]

Toponim Nəzər şəxs adına urartu dilində "yer, ölkə" mənası bildirən ebani sözündən əmələ gələn van//avan topoformantının qoşulması yolu ilə formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[9]

Kənddə 1831-ci ildə 194 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 448 nəfər, 1897-ci ildə 467 nəfər, 1908-ci ildə 553 nəfər, 1914-cü ildə 613 nəfər, 1916-cı ildə 573 nəfər, 1918-ci il də 553 nəfər, 1919-cu ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır[10].1918-ci ildə əhalisi qovulmuş və kənd dağılmışdır. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur[11]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 152 nəfər azərbaycanlı yaşamışdır[12]. Ermənilər kəndə 1923–1925-ci illərdə Türkiyədən köçürülmüşdür. SSRİ Nazirlər Sovetinin xüsusi qırarı ilə azərbaycanlılar zorla 1948–1953-cü illərdə Azərbaycana deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. [Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 22 sentyabr 2022.
  4. (#empty_citation)
  5. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.87
  6. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.183
  7. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  8. Bəndəliyеv N.S. Dağlıq Şirvan oronimlərində bə’zi еtnonimlərin izləri. “Azərbaycan SSR ЕA Xəbərləri” (Yеr еlmləri sеriyası), 1979, № 3. .
  9. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Нәзирәван // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  10. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 108–109
  11. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.221
  12. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 108–109