Porfiri (filosof)

Porfírius (yun. Πορφύριος, əsil adı — Malh; təq. 233[1], Sur, Finikiya[d], Roma imperiyasıtəq. 301[1], Roma, Roma imperiyası[1]) — neoplatonçu filosof, musiqinin nəzəriyyəçisi, astroloq, riyaziyyatçısı, Xristianlığın tənqidçisi. Plotinin tələbəsi olmuş, onun həyatını qələmə almış, onun əsərlərini toplamış (o cümlədən "Enneadalar"ı) və dərc etmişdir. Bundan əlavə o, yetmişdən çox fəlsəfi əsər müəllifi olub. Lakin onların çoxu bizim zamanəmizə gəlib çatmamışdır.

Porfirius
Πορφύριος
Doğum tarixi təq. 233[1]
Doğum yeri
Vəfat tarixi təq. 301[1]
Vəfat yeri
Dövr Roma imperiyası
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

O, Plotinin öyrəncisi olmuş, onun həyatını qələmə almış, əsərlərini (o cümlədən "Enneadalar"ı) toplamış və yaymışdır. Bundan başqa Porfirius yetmişdən çox fəlsəfi əsərin müəllifi olmuşdur. Onların çoxusu bizim zamanımıza gəlib çatmamışdır.

Məntiq haqqında

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda onun əsərlərindən ən tanınmışı "Aristotelin kateqoriyalarına giriş və şərhlər" kitabıdır. Bu kitabda Porfirius məntiq problemlərinə toxunurdu. O yazırdı ki, hər bir şey həmin şeyin müəyyən növünə aiddir. Növlər isə ona yaxın olan növlər və cinsləri təşkil edir. Ancaq, növlər arasında fərqlər vardır. Buna görə hər bir şeyi cins, növ və növ fərqi xarakterizə edir. Eyni zamanda, hər bir şeyin ona məxsus, keçici və təsadüfi olan əlamətləri də vardır.

Sonra Porfirius ümumi şeylərin necə mövcud olması sualını ortaya qoyur. Yəni növlər və cinslər fərdlərdən fərqli olaraq varlıqlardır, yoxsa onlar yalnız düşüncənin məhsuludurlar? Əgər ümumi şeylər düşüncədən kənar mövcuddurlarsa, onda onların təbiəti nədir: ruhdur yoxsa materiyadır? Onlar fərdlərin bədənlərində yaşayırlar, yoxsa onlardan fərqli varlıqdırlar? Beləliklə, orta əsrlərdə müzakirələr səbəb olan ümumi anlayışların var olub-olmaması problemini ilk dəfə Porfirius səsləndirmişdir.[2]

Porfiriusun ikinci məşhur əsəri "Sentensiyalar"(lat. Sentenze sugli intellegibili) adlanır. Sentensia nəsihət yönümlü sözdür. Mənası aforizmə çox yaxındır. Bu əsərdə Porfirius ruhun xilas olmasının yolları haqqında fikirlər irəli sürmüş, bunu da bədəndən ayrılmada, ehtiraslardan təmizlənməsində və Tanrıya (Əqlə) qayıdışda görmüşdür. Bədən ruhu saxlaya bilməz, o özü-özünü bədənə bağlayır. Çünki, o duyğular aləminə yönəlir və özünü onunla eyniləşdirir. Belə olduqda ruh özünü duyğu orqanları vasitəsilə göstərir. Ona görə ruh bədəndə deyil, bədən ruhdadır demək daha doğrudur[3]. 

Ruhun Əqlə qayıtması üçün ona özəl bilik olan "qnosis" lazımdır. Ruh Tanrıdan ayrı da deyil, o hər yerdə var və eyni zamanda heç yerdə yoxdur. Qnosisə çatan insan Tanrını hər zaman duyur. Tanrı hər yerdə olsa belə, o cahil insan üçün yox kimidir.

Öldükdən sonra "qnosisə" çatmayan ruh Tanrıya qayıtmır, o yenə də özünü duyğular aləminə yönəldir, kabusa çevrilir və bu yaşam da əslində Aiddir (cəhənnəmdir)[4]. Filosoflar isə başqa cür ölür. Onların ölümü təbii qocalmadan və xəstəliklərdən öncə baş verir. Bunun üçün onlar ehtiraslardan azad olmalı, özlərini bədənlə eyniləşdirməməli, öz həqiqi təbiətinə qayıtmalıdırlar[5]. Belə olduğu halda onlar Tanrıya qovuşurlar. İnsanların, tanrıların, demonların, heyvanların və bütün canlıların ruhlarının təbiəti birdir.

Porfirius həm də Xeyrin növləri məsələsinə diqqət yetirmişdir. Onlar ruhun kamilliyə çatması (qnosis) üçün pillələrdir. Birinci pillə vətəndaşların xeyirləridir. Onları özündə tərbiyə edənlər mənfi ehtiraslarının qarşısını ala bilərlər. İkincisi pillə katarsis halına çatmışların xeyirlərdir ki, bunu ruhu yüksəklərə yönəlmişlər özündə tərbiyə edir. Bu da dünyaya bağlılıqdan uzaqlaşaraq, yüksək ideallara doğru yönəlməkdir. Üçüncü pillə ruhi xeyirlərdir. Onlar bu təmizlənməni pozitiv aspektlərlə təkmilləşdirir, ruhu ilk səbəbə (Tanrıya) yönəldir. Dördüncü pillə isə mənəvi (yaxud əqli) xeyirdir. O, bütün xeyirlərin ilk obrazını (paradiqmasını) təşkil edir, bütün xeyir növlərini özündə birləşdirir.[6]

"Xristianlara qarşı"

[redaktə | mənbəni redaktə et]

Porfirius Roma imperiyasında yayılan Xristianlığa qarşı şiddətli tənqidlərlə çıxış etmiş, bu mövzuya həsr olunmuş 15 cilddən ibarət "Xristianlara qarşı" (lat. Contra Christianos) adlı külliyyatını yazmışdır. Bu kitabda Porfirius, Əhdi-ƏtiqiƏhdi-Cədidi çox ciddi elmi tənqidə məruz qoyurdu. O, ilk dəfə iddia etmişdi ki, Tövratın müəllifi Musa ola bilməzdi. Onun yazdığına görə Musanın Tövratı yəhudi məbədi ilə birlikdə Qüdsü ələ keçirmiş Babil kralı Buhtunnəssarın əskərləri tərəfindən yandırılmışdır. Yəhudi və xristianlarda olan nüsxələri isə Musadan 1180 il sonra Ezdra (Üzeyir) yazmışdır[7]. Daha sonra o, "Daniel" kitabının qədim zamanlarda deyil, Suriya kralı Antioxus Epifanes dövründə (m. ö. 165) yazılmasına dair dəlillər irəli sürmüşdür[8].

Porfirius İncillərdə olan ziddiyyətləri qabarıq şəkildə ortaya qoymuş və İsanın tanrılaşdırılmasına qarşı çıxış etmişdir.

Xristianlığın tənqidi kilsə xadimlərinin etirazları ilə qarşılanırdı. Porfiriusun dəlillərini təkzib etmək üçün onlar çoxlu kitab yazmışdırlar. Daha sonra təəssübkeş xristianlar onun "Xristianlara qarşı" külliyyatını 448-ci ildə tonqallarda yandırmışdılar. Ancaq, onun bəzi hissələri bizim zamanımıza kilsə xadimlərinin müxaliflərə qarşı yazdığı rəddiyyə əsərlərində gəlib çatmışdır.

Porfirius dinin tənqidinin fəlsəfi və elmi əsaslarını qoymuşdur, buna görə də o, dinşünaslıq elminin əsasını qoyan sələflərindən biri kimi tanınmaqdadır. Onun metodlarından sonralar bütün din tədqiqatları istifadə etmişdirlər.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 260-263. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 260-263. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Clark, Gillian, "Porphyry of Tyre on the New Barbarians," in R. Miles (ed), Constructing Identities in Late Antiquity (London: Routledge, 1999), 112–132; = in Eadem, Body and Gender, Soul and Reason in Late Antiquity (Farnham; Burlington, VT, Ashgate, 2011) (Variorum collected studies series, CS978), art. XIV.
  • Clark, Gillian, "Philosophic Lives and the philosophic life: Porphyry and Iamblichus," in T. Hägg and P. Rousseau (eds), Greek Biography and Panegyric in Late Antiquity (Berkeley and Los Angeles, University of California Press, 2000), 29–51; = in Eadem, Body and Gender, Soul and Reason in Late Antiquity (Farnham; Burlington, VT, Ashgate, 2011) (Variorum collected studies series, CS978), art. XV.
  • Clark, Gillian, "Fattening the soul: Christian asceticism and Porphyry On Abstinence," Studia Patristica, 35, 2001, 41–51; = in Eadem, Body and Gender, Soul and Reason in Late Antiquity (Farnham; Burlington, VT, Ashgate, 2011) (Variorum collected studies series, CS978), art. XVI.
  • Digeser, E. D. (1998). "Lactantius, Porphyry, and the Debate over Religious Toleration," The Journal of Roman Studies 88, pp. 129–146.

Rus dilində

  • В. Ф. Асмус. Античная философия. М., Высшая школа, 1998.
  • Лосев А. Ф. История античной эстетики. Последние века. М.: Искусство, 1988. Кн. I. С. 15–120.
  1. 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #118595873 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Porphyry. Introduction / Translated by J. Barnes. Oxford University Press, 2003, pp. 5–15.
  3. The Sentences of Porphyry the Philosopher. The Journal of Speculative Philosophy. Vol. 3. Penn University Press 2013, pp. 48–49.
  4. The Sentences of Porphyry the Philosopher. The Journal of Speculative Philosophy. Vol. 3. Penn University Press 2013, p. 55–56.
  5. The Sentences of Porphyry the Philosopher. The Journal of Speculative Philosophy. Vol. 3. Penn University Press 2013, p. 49.
  6. The Sentences of Porphyry the Philosopher. The Journal of Speculative Philosophy. Vol. 3. Penn University Press 2013, p. 57.
  7. Ранович А. Б. Первоисточники по истории раннего христианства. Античные критики христианства Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine. М.: Политиздат, 1990, s. 349.
  8. Jerome's Commentary on Daniel Arxivləşdirilib 2010-05-26 at the Wayback Machine / Translated by Gleason L. Archer. : Baker Book House, 1958, pp. 71–83.