Rio və Antirio boğazı — Qərbi Yunanıstanda, İon dənizinin Korint körfəzi ilə Patraikos körfəzi arasında yerləşən boğaz. Rio burnu cənubdan, Antirio burnu isə şimaldan körfəzə doğru uzanır. Boğazın minimum eni 1920 m-dir. Minimum dərinlik 26 m-dir.
Rio və Antirio boğazı | |
---|---|
yun. Στενό Pίου – Aντιρρίου | |
Ümumi məlumatlar | |
Eni | minimum 1,92 km |
Ən böyük dərinliyi | 26 m |
Yerləşməsi | |
38°19′00″ şm. e. 21°46′57″ ş. u. | |
Ölkə | Yunanıstan |
Akvatoriyası | |
|
Rio və Antirion boğazı boyunca bir bərə xidməti vardır. Boğaz üzərindəki Rio-Antirio körpüsü 2004-cü ildə açılmışdır. Afinadan Qərbi Yunanistana gedən əsas yol, möhkəm Pindus dağlarını adlayaraq Peloponnes yarımadası və Rio və Andirion boğazından keçir.
Patraikos və Korint körfəzi arasında, Evrip boğazındakı axına bənzər, lakin daha zəif, saatda yalnız 3-4 kilometr olan bir qabarma-çəkilmə axını vardır.
Boğazın eni Peloponnesin materik Yunanıstandan uzaqlşması (ildə 35 millimetr) ilə artır.
Boğazın yaxınlığında Korinf - Kolkiya və Molikriya koloniyaları var idi. Qədim dövrlərdə Antirio burnu Antirrius adlanırdı. Molikriya şəhərinə yaxınlıqdakı Antirrius burnuna görə Molikriyan Rio adı verilir. Poseydonun müqəddəs yeri olaraq bilinir.
Fukidid boğazın genişliyini 7 stadion olaraq qiymətləndirmişdir, Strabon isə təxminən 5.
Peloponnes müharibəsi zamanı afinalılar ticarətin pozulması və spartalıların qərbə doğru irəliləməsinin qarşısını almaq üçün Formion komandirliyində Rio boğazına kiçik bir eskadron göndərirlər. Formionun donanması eramızdan əvvəl 429-cu ildə Rio burnu və Navpakte döyüşlərində qalib gəlir.
Boğazın coğrafi mövqeyi onun möhkəmləndirilməsinə zəmin yaradır. Sultan II Bəyazid Navpaktenin süqutundan sonra (29 avqust 1499) Rio və Antirio qalalarını tikdirir. Daha sonra hər iki qala birləşmiş xristian qüvvələrin lideri Andrea Doria tərəfindən işğal edilir (1532-ci ilin oktyabrında). 1603-cü ildə Malta cəngavərləri Ordeninin Şövalyeleri Patras və Lepantoya pirat hücumu ilə Rio qalasını dağıdırlar[1]. Osmanlı-Venesiya müharibəsi zamanı qalalar 1687-ci ildə Amiral Francesko Morosini tərəfindən ələ keçirilir. Antirio qalası Morosini tərəfindən bərpa edilir və 1699-cu ildə Karlovitsa müqaviləsinə əsasən dağıdılır. Daha sonra Osmanlılar tərəfindən bərpa edilir. 1715-ci ildə Osmanlı-Venesiya müharibəsi zamanı türklər Rio qalasını geri qaytarır[2]. 1828-ci ildə Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı bir fransız ekspedisiya korpusunun qalanı mühasirədə saxlamasından sonra türklər qalasını general Mesona təslim edir[3]. Yunanlar 1829-cu ildə Antirio qalasını işğal ələ keçirir.