Xanalılar — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Xanalılar kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Xanalılar | |
---|---|
39°33′17″ şm. e. 46°38′19″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin cənub qərbində Xanalı dərəsi də var. Oykonim xanalılar nəslinin adından yaranmışdır. Etnotoponimdir.[2].
Kənd dağətəyi ərazidə yerləşir.
2006-cı ilin statistikasına görə kəndin əhali sayı 150 nəfər olmuşdur.
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |