XINZIR

1. Donuz.

2. Heyvan (söyüş kimi işlənir). (“Koroğlu” dastanının lüğəti)

Dialektlərdə kobud, dinsiz, varlı mənalarına da rast gəlinir.

Get buradan, xınzır oğlu, xınzır. (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Teymur”)

XƏYYATƏ
XIRA
OBASTAN VİKİ
Xınzırək
Xınzırək (Gorus) — Gorusda kənd. Xınzırək (kənd) — Xınzırək nahiyəsində kənd. Xınzırək nahiyəsi — nahiyə.
Xınzırək (Gorus)
Xınzırək — Ermənistanın Sünik mərzinin Gorus bələdiyyəsində yerləşən kənd. Kəndin ilkin tarixi adı "Xanzirək"dir. Ermənilər çox vaxt "a" səsini "ı" kimi tələffüz etdiklərindən "Dağ" kəndini "Dığ" adlandırdıqları kimi "Xanzirək" kəndini də əvvəlcə "Xınzirək", sonra isə "Xnzoresk" adlandırmışlar. Bu kənd Orta çağda Sünik bölgəsinə bağlı idi. XIII əsr tarixçisi Stepanos Orbelinin əsərlərində adı çəkilir. Qarabağ xanlığı dönəmində Tatev mahalının ərazisində qərar tuturdu.
Xınzırək nahiyəsi
Xınzırək nahiyəsi —1727-ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livası inzibati–ərazi vahidi. 1727-ci ildə İrəvan əyalətinin nahiyələrindən birinin adı. Nahiyə İndiki Eçmiadzin rayonunun ərazisinin müəyyən hissəsini əhatə edirdi. Xunus və türk dillərində örək "tikinti", "istehkam" sözlərindən ibarətdir. Toponimin "Xunus" hissəsi qədim türk mənşəli xun (hun etnoniminin bir forması, məsələn, Albaniyada Xunanqala) və qədim türk dillərində cəm bildirən "s" şəkilçisindən, (yaxud yunan mənşəli "os" adlıq hal şəkilçisin-dən) ibarətdir. Xınzirək "Xunusörək" adının zaman keçdikcə danışıqda təhrifidir. Nahiyə isə qədim Xınzirək kəndinin adı ilə adlanmışdır. Nahiyə indiki Eçmiədzin rayonu ərazisinin müəyyən hissəsini əhatə edirdi. Xınzırək Məmmədəlikənd Mirmərək Mirək- Əmir Mərək adından təhrifdir Molla Abdi Mənbədə kəndin adı "Monla Abdi" Molla Xəlil Mənbədə kəndin Dumbulu tayfasının məskunlaşiası nəticəsində yarandığı qeyd olunur Molla Hacılı "əhalisi Sinli camaatındandır" Muğanlı Musahacılı "Əhalisi Sinli camaatındandır" Musaxacəli "Sinlu əşirətinə" mənsub olması göstərilir Nazravan Nakivdar kənd Dumbuli tayfasının məskunlaşması nəticəsində yaranmış Samaqar (Eçmiədzin) Söyüdlü "Əhalisi Dünbili camaatındandır" Taşlıca Uzunqışlaq Üzənli"Başqa adı İrəmli" (yenə orada). "Əhalisi Şaqiabad camaatındandır" (yenə orada).

Digər lüğətlərdə