XIRÇIN

sif. Çox inadkar, tərs, şıltaq. Xırçın adam.
– Yeni on dörd yaşa girmişdi bu yaz; Sarışın, nəşəli, xırçın Gülnaz. M.Müşfiq.

// Məc. mənada.
…Dənizin ta göbəyindən qopub gələn xırçın dalğalar fırtınaya tutulmuş gəmini bir top kimi atıb tuturdu. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XIRÇIN bərk — sərt — cod — qaba — kobud
  • XIRÇIN hirsli — tündməzac — inad — höcət — tərs — kəc
  • XIRÇIN davakar — dalaşqan — cəncəl — öcəşkən — deyişkən
XIRÇILTI
XIRD

Digər lüğətlərdə