XƏBƏRSİZ

zərf
1. Xəbər vermədən, demədən, soruşmadan, qabaqca bildirmədən; icazəsiz.
Bir gün xanlara tamaşaya gələn qızların içində İskəndərin bacısı Leyla da var idi, qardaşından xəbərsiz qızlara qoşulub gəlmişdi. E.Sultanov.
[Növrəstə:] Məndən xəbərsiz məni necə ərə verərsən? Ə.Haqverdiyev.

2. Məlumatsız, biliksiz. İşlərdən tamamilə xəbərsizdir.
3. məc. Qayğısız, heç bir şeyin fikrini, dərdini çəkməyən.
Səriyyə xala geri döndü və iki körpə qız uşağının hər şeydən xəbərsiz (z.) yatdığı tərəfə baxdı… M.İbrahimov.

□ Xəbərsiz olmaq – məlumatı, xəbəri olmamaq.
[Pərşan] bütün günü evdən çıxmadığını, kino məsələsindən xəbərsiz olduğunu gizlətsə də, hər halda marağını yatıra bilmədi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏBƏRSİZ 1. XƏBƏRSİZ (xəbəri olmayan) Bəziləri də ya məsələdən xəbərsiz idi, ya da hələ heyrətdən qurtarmamışdı (M
  • XƏBƏRSİZ məlumatsız — təcrübəsiz — səriştəsiz — biliksiz

Omonimlər

  • XƏBƏRSİZ XƏBƏRSİZ I zərf Xəbəri olmayan, məlumatı olmayan. Mən on yeddi gündür arvad-uşaqdan xəbərsizəm (S.Qədirzadə)
XƏBƏRLƏŞMƏK
XƏBƏRSİZ-ƏTƏRSİZ

Digər lüğətlərdə