XALQÇI

is. tar. Xalqçılıq tərəfdarı.
XALQ
XALQÇILIQ
OBASTAN VİKİ
Xalqçı Partiyası
Xalqçı Partiyası və ya Azərbaycan Sosialist İnqilabçılar Partiyası — Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi partiya. 1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur. 1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi. 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918-ci il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi. 1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda MSB-dən oraya Xudadat bəy Məlik-Aslanov və Camo bəy Hacınski daxil oldular. Milli Şuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habelə iyunun 18-də istanbula yola düşən nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaşı, MSB-nin sədri Aslan bəy Səfıkürdski də var idi.
Xalqçılıq
Xalqçılıq — narodnik və populizmin təsiri ilə dünyagörüşündən çıxan düşüncədir. İnsanlara görə müxtəlif yollarla müəyyən edilmişdir. Atatürkün populizmi ilə oxşardır.

Digər lüğətlərdə