XARABA QOYMAQ

dağıtmaq, viran etmək, uçurmaq; ~ kor qoymaq, yurduna su calamaq (ələmək), daşı daş üstə qoymamaq, tozunu göyə sovurmaq.

XARABA QALMAQ
XARABI ÇIXMAQ
OBASTAN VİKİ
Xaraba
Xaraba Gilan (film, 1991)
Xaraba Gilan
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Xaraba karvansara
Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən tanınmış karvansaralardan biri də hazırda Kəngərli rayonunun Xok kəndi yaxınlığında qalıqları qalan karvansaradır. Yerli əhali tərəfindən qalıqlarına əsasən "Xaraba karvansara" adlandırılan bu abidənin sahəsi 2 hektara yaxındır. Karvansaranın yerində xeyli kərpic qalıqlarına rast gəlinir. Bu qalıqlara əsasən demək olar ki, vaxtilə burada olan tikintilərin inşasında bişmiş kərpicdən geniş istifadə olunmuşdur. Hazırda tikintilərin yerində dördkünc formalı çalalar və kərpic təpəcikləri qalmışdır. Tikinti qalıqlarına əsasən karvansara kompleksinə daxil olan binaların bir-birinə bitişik yerləşdirilmiş, dördkünc formalı tikililərdən ibarət olduğunu demək olar. Karvansara ərazisindən əldə olunan yerüstü arxeoloji materiallar başlıca olaraq çəhrayı rəngli şirsiz və şirli keramika məmulatlarından ibarətdir. Aşkar olunan yerüstü keramika məmulatı başlıca olaraq Son Orta əsrlər dövrü üçün xarakterikdir. Arxeoloji materiallara əsasən karvansaranın qalıqlarını XIV–XVIII əsrlərə aid etmək olar.
Xaraba Gilan (1991)
Xaraba Çölarx (Bicar)
Xaraba Çöl Arx (fars. خرابه چول ارخ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (39 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Xaraba-i Köhül (Ərdəbil)
Xaraba-i Köhül (fars. خرابه كهل‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 100 nəfər yaşayır (21 ailə).
Xaraba-i Qadirli (Meşkinşəhr)
Xaraba-i Qadirli (fars. خرابه قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (5 ailə).
Xaraba-i Sənci (Urmiya)
Xaraba-i Sənci (fars. خرابه سنجي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (95 ailə).
Xaraba Gilan (film, 1991)
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.