1. XARABA İndi isə həmin xarabaların yerində gözəl, hər nöqtəsində insan qabiliyyəti hiss edilən bir bağçanın əlvan çiçəkləri parlayıb gözümü qamaşdırırdı (M.Hüseyn); ƏNQAZ (kl.əd.) Kor gözüm, sil əllərim bir qövlü məhv etməkdədir; Bax onun ənqazidir bu ahu-əfğan, bir utan! (H.Cavid); XARABAXANA Bakının Bibiheybətinə, Balaxanıma, Suraxanısına, daha bilmirəm hansı xarabaxanasına dolaşanlar, ...bircə damla millət qanı olmadan danabaşlarımızla əl-ələ verib birləşəcəklər (S.Rəhimov); VİRAN Açdı mənə dərdli ağac; Viran bağın məlalını (M.Rahim); VİRANƏ Gəzirik binaları; Dolanbac yol, rızları; Dolaşır viranəni; Bir de Çili qızları (M.Rahim); VİRANXANA (köhn.) (bəzən evə də işarədir) [Qarı:] Öz viranxananda otur ... bu il taxılımız da yaxşıdır (M.Hüseyn).
2. xaraba bax ev 1