XASİYYƏT

is. [ ər. ]
1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter. Yumşaq xasiyyət. Sərt xasiyyət.
– Üz bürüməz yar yarını görəndə; Bu xasiyyət nədi, bilməzəm səndə? Q.Zakir.
Atalar demişkən: “Atı atın yanına bağlarsan, ya halını götürər, ya xasiyyətini”. C.Məmmədquluzadə.
Nola, gər atəşi-eşq ilə yansaq, şöləmiz yoxdur; Bu xasiyyət bizə nə şəm, nə də pərvanələrdəndir! Ə.Vahid.

2. Bir şeyə xas olan hal, xüsusiyyət.
Sənə həm gül verir, həm də qar verir; Budur xasiyyəti bizim dağların. S.Rüstəm.
Bu yerlərə yaxşı bələd olan Şahin dumanın da xasiyyətini bilirdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XASİYYƏT XASİYYƏT [Pərviz:] Bu xasiyyət bir azar kimi mənim yaxamdan əl çəkmir (M.İbrahimov); ADƏT Səgrəqib sözünə etibar etmək; Bilməzəm, xublarda bu nə adətd
  • XASİYYƏT təbiət
  • XASİYYƏT xassə — xüsusiyyət — sifət — ləyaqət — dəyər — keyfiyyət — mahiyyət

Etimologiya

  • XASİYYƏT Ərəbcə xas sözünün cəmidir, məxsus sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
XASA
XASİYYƏTCƏ
OBASTAN VİKİ
Xasiyyət Rüstəmova
Xasiyyət Rüstəmova (özb. Xosiyat Rustamova, 19 mart 1971, Nəməngan və ya Çust rayonu[d], Nəməngan vilayəti) — yazıçı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifidir, Özbəkistan Respublikasının "Şöhrət ordeni" laureatı. Hazırda "Kitob dunyosi" qəzetinin baş redaktoru və Əlişir Nəvai adına Dil və Ədəbiyyat Universitetində müstəqil tədqiqatçıdır. 2022-ci ildən Dünya Poeziya Hərəkatının (Kolumbiya) Özbəkistandakı koordinatoru. == Həyatı == Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001–2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993–1997-ci illərdə "Dan ulduzu" qəzetində çalışmışdır. 2015-ci ildən "Kitab dünyası" qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir. 2021-ci ildə ABŞ-ın Ayova Universitetində Beynəlxalq Yazıçılar Proqramını bitirmişdir. == Fəaliyyəti == İlk şeirlərini hələ tələbəlik illərindən çap etdirən Xasiyyət Rüstəmovanın şeirləri dövrü mətbuat orqanlarında dərc edilmişdir.

Digər lüğətlərdə