XOŞNUDLUQ

is. Razılıq, məmnunluq; razı düşmə.
Xoşnudluğundadır nəcatım; Ey mənşəi-cövhəri-həyatım! Füzuli.
Bir tərəfdən, sağ-salamat sahilə çıxmış olduqlarından doğan xoşnudluq, o biri tərəfdən, taleyi üçün məsul olduğu bölüyü tezliklə toplayaraq artıq limandan uzaqlaşan batalyonu təqib etmək lazım gəldiyi fikri leytenantı dərhal özünə gətirdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XOŞNUDLUQ xoşnudluq bax razılıq
XOŞNUD
XOŞNUDSUZLUQ

Digər lüğətlərdə