XOŞTƏBİƏTLİ sif. [ fars. xoş və ər. təbiət] Yaxşı xasiyyətli, gözəl təbiətli, xoşqılıqlı. Hamı müsəlmanlar sənin kimi xoştəbiət ola idilər. Ü.Hacıbəyov. …Dürdanə xanım xoştəbiətli, sadə ürəkli, nazik, bir qədər mövhumatçı bir adamdı. Ə.Əbülhəsən.