1. Cavan xoruz, çolpa.
[Aftil Hacı Əhmədə:] Budur, sən hər gün xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama da tapa bilmir.
[Rüstəm Səkinəyə:] Qaraşı çağır, qoy xoruz-beçədən də üç-dördünü kəssin, çığırtma düzəlt.
2. məc. Qışqırıqçı, davakar.
[Fatma xanım:] Səni öyrədənin ciyəri dağlansın, mənə xoruzbeçə deyirsən!