XUDAHAFİZ

nida [ fars. xuda və ər. hafiz] “Allah hifz eləsin”, “Tanrı saxlasın” mənasında vidalaşıb ayrılanda deyilir – sağ ol! sağ olun! [Şah:] Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! – deyib, taxtdan düşüb hərəmxanəyə rəvanə oldu. M.F.Axundzadə. Bizim bəzi boşboğaz yazıçılarımız da oxşuyurlar haman təbiblərə ki, azarlının nəbzinə baxandan sonra, “xudahafiz” deyib börklərini axtarırlar. C.Məmmədquluzadə. [Əsgər:] Rüstəm bəy, xudahafiz! Məşədi İbad, xudahafiz! Ü.Hacıbəyov. – Onda xudahafiz, – deyə kişi qəzəblə donquldanıb yenə getdi. H.Seyidbəyli. □ Xudahafiz eləmək – bax xudahafizləşmək. Plovdan sonra durdum, xudahafiz elədim… Ə.Haqverdiyev. Teleqrafçı xudahafiz edib getdi. T.Ş.Simurq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XUDAHAFİZ xudahafiz bax əlvida
  • XUDAHAFİZ hələlik — əlvida
XUDA
XUDAHAFİZLƏŞMƏ

Digər lüğətlərdə

корче́мница масси́вный отма́яться подсе́чка равноме́рный тихохо́дный тя́пать шку́рка вы́ходка значи́тельность иранисти́ческий неду́житься пана́мский политру́к развози́ться трудя́га гуцул клещ рюхать expatiate gimlet-eyed ten-minute rule запариться крестец устный