XIRÇILDAMAQ

f. Xırçıltı səsi çıxartmaq, xırç-xırç eləmək.
Yalnız ayaqlarımızın altında xırçıldayan çınqılların şikayətini andıran həzin səslər eşidilirdi. S.Hüseyn.
Söz arasında mənə ərəb kəlməsi, farsi lüğəti rast gələndə elə bilirəm çörək yeyəndə dişimin altında xırdaca daş parçası qalıb xırçıldayır. Qantəmir.
At yeriyir, arabanın təkərləri daşlı yolda bərk xırçıldayırdı. Q.İlkin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XIRÇILDAMAQ qıçırdatmaq — şıqqıldatmaq
XIRÇILDAMA
XIRÇILDATMA

Digər lüğətlərdə