XIŞMALAMAQ

f.
1. Qamarlayıb götürmək, ovcu ilə götürmək, ovuclamaq.
Əlyarov pulları cəld xışmalayıb stolunun orta siyirməsinə qoydu. M.Hüseyn.
Kəndlilər toxumluq buğdanı xışmalayıb dəmyə yerlərə səpəndə şirin bir arzu ilə “ya bəxt” deyərlər. Mir Cəlal.
Nərgiz yeni-yeni ələ gələn saçını xışmaladı, gözləri torpağa baxabaxa qaldı. B.Bayramov.

2. Ovuclayıb əzik-əzik etmək, büzüşdürmək, əzib-tökmək.
Hacı Rəsul, müştərisindən daha ağır söz eşitməmək üçün əlindəki qəzeti xışmalayıb ovcunda sıxdı. Mir Cəlal.
Firəngiz cibindəki kağızları xışmaladı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XIŞMALAMAQ əzmək — bürüşdürmək — övkələmək
  • XIŞMALAMAQ ovuclamaq
XIŞMALAMA
XIZIR

Digər lüğətlərdə