1. Xəlbirdən keçirmək.
[Mehtər:] Xəlbir əlimdə idi, atlara arpa xəlbirləyib verəcəkdim, yadımdan çıxıb burda qalıbdır.
Yoldaşlardan biri arpa xəlbirləyir, biri tüfəngini gətirib söykəyir ağaca, biri tüfəngini götürüb aparır.
Cəmil arpanı xəlbirləyib atların torbasına tökdü, torbaları atların başına keçirtdi.
// məc. Saf-çürük eləmək, yaxşılarını yamanlardan ayırmaq.
Xəlbirlənə kaş ömür də; Boş il düşə boş ömürdən…