YÜKÜ ÜZƏRİNDƏN ATMAQ

bax: boyun qaçırmaq.

YÜKÜ ƏYİLMƏK
YÜKÜN ALTINA GİRMƏK
OBASTAN VİKİ
Elektrik yükü
Elektrik yükü — cisimlərin elektromaqnit sahələrinin mənbəyi olmaq və elektromaqnit qarşılıqlı təsirində iştirak etmək qabiliyyətini təyin edən fiziki skalyar kəmiyyət. Elektrik yükü ilk dəfə 1785-ci ildə Kulon qanununda tətbiq edilmişdir. Beynəlxalq vahidlər sistemində (SI) elektrik yükünün ölçü vahidi — kulondur. Bir kulon 1 s vaxt ərzində 1 A cərəyanı olan keçiricinin kəsişməsindən keçən elektrik yükünə bərabərdir. Hər biri elektrik yükü (q1 = q2 = 1 C) olan iki cisim vakuumda 1 m məsafədə yerləşirsə, onda onlar 9⋅109 H qüvvəsi ilə qarşılıqlı təsir göstərirlər. == Tarixi == Hələ qədim zamanlarda yun üzərində geyilən kəhrəbanın (qədim yunanca ἤλεκτρον - elektron) yüngül əşyaları cəlb etdiyi məlum idi. Artıq XVI əsrin sonlarında ingilis həkimi Vilyam Gilbert sürtüldükdən sonra yüngül cisimləri cəlb edən, elektrikləşdirilmiş cisimləri adlandırdı. 1729-cu ildə Şarl Dyufe iki növ yükün olduğunu müəyyən etdi. Biri ipəyin üzərinə şüşə sürtməklə əmələ gəlir, digəri isə yunun üzərinə qatrandır. Buna görə də Dyufe ittihamları müvafiq olaraq "şüşə" və "qatran" adlandırdı.
Tale yükü
Tale yükü — 1997-ci il Azərbaycan istehsalı dram filmi. Film Fatmanın (Ruhiyyə Hüseynova) başına gələn əhvalatlar haqqındadır. Filmdə baş verən hadisələr yaradıcı təxəyyülü bəhrəsi olaraq 1994–1995-ci illəri əhatə edir. Film aktyor Məmməd Quliyevin kinoda son işidir. Film Akif Axundovun "Fatmanın Hekayəti" povesti əsasında çəkilmişdir.
Şeytana daş atmaq
Şeytana daş atmaq (ərəb. جمرة العقبة‎) — İslam dinində Həcc ziyarəti zamanı gercəkləşdirilməli olan mərasimlərdən biri.
Tunc Allahın yükü
Tunc Allahın yükü (rus. Бремя бронзового бога) — Vahid Məmmədlinin “Tunc Mələk” və “Tunc Mələyin yolu” romanlarından ibarət, dünyada ilk qansız döyüş romanı olan dilogiyası. Vahid Məmmədli ədəbi yaradıcılığa ilk dəfə Rusiya Mədəniyyət Fondunun (RMF) “Qrifon” nəşriyyatında nəşr olunan “Tunc Allahın yükü” əsəri ilə başlamışdır. Əsərin RMF tərəfindən nəşr olunması və tez bir zamanda bestsellerə çevrilməsi onunla əlaqədardır ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda, qansız döyüş romanı janrında yazılmışdır. Əsərin tez bir zamanda tanınması Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan “Eksmo” nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun “Tunc Mələk” əsərini “Cəllad tələsməyi sevmir” adı ilə “Rus bestselleri” seriyasında çap edib. Dilogiyanın hər iki romanı “İnsanın öz ağlından başqa onun qəlbinə və beyninə heç nə və kimsə hakim kəsilə bilməz” düşüncəsinə əsaslanır. Əsər qəhrəmanı Tunc Mələyin müharibə gedən İraqda istənilən situasiyada – yaraqlı terrorçuların milyonlarla pul tələb etmək üçün oğurladıqları biznesmen və jurnalisti azad etməsi, var-dövlət hərisliyindən ən yaxın adamlarını, polis əməkdaşlarını öldürənlərin, öz uğursuzluğunun qisasını yaşlı təqaüdçüdən alan qatilin aşkara çıxarılması üçün, böyük bir qoşunun qarşısında, hər addımda təhlükəylə üzləşsə də, bir güllə belə atmadan, qan tökmədən yalnız yüksək intellekti və ağlının gücü ilə bütün çətinlikləri dəf etməklə, tanımadığı, müxtəlif millətdən, dindən olan insanları xilas edib Tunc Mələk adını alan detektiv analitikin fəaliyyətindən bəhs edir. Hər iki romanın qayəsini təşkil edən, müəllifin “Bu dünyada heç kim mələk deyil, başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər” sözləri, təsadüfi deyil ki, dünyanın bir çox yerlərində müdrik kəlamlar toplularında, saytlarında yer alır. Dilogiyanın yalnız xeyirxahlığı və ağlının gücü ilə hər kəsə qalib gələn qəhrəmanı Tunc Mələk romanı bir detektiv, döyüş romanından çox, dünyanın bir çox mütərəqqi fəlsəfə və dünyagörüş məktəblərindən qaynaqlanan möhtəşəm ədəbiyyat nümunəsi kimi oxuculara sevdirir.
Tale yükü (film, 1997)
Kvay çayı üzərindən körpü (film, 1957)
"Kvay çayı üzərindən körpü" (ing. The Bridge on the River Kwai) — Pyer Bulun eyniadlı romanı əsasında rejissor Devid Lin tərəfindən 1957-ci ildə Seylonda çəkilmiş Britaniya-ABŞ istehsalı olan bədii film. Baş rollarda Uilyam Holden, Alek Ginness və Cek Hokins çəkilmişdir. Müasir kinoşünaslar tərəfindən tarixinin ən yaxşı kino işlərindən hesab olunur və rejissor Devid Linin karyerasının kulminasiya nöqtəsi (Linin digər bir epik blokbasteri olan "Ərəbistanlı Lourens"lə yanaşı) sayılır. Film 7 Oskar mükafatı qazanmış, o cümlədən ilin ən yaxşı filmi seçilməklə yanaşı, bir sıra kinematoqrafiya mükafatlarına layiq görülüb. == Süjeti == II Dünya müharibəsi zamanı ingilis hərbi əsirləri Birma cəngəlliklərində yapon düşərgəsinə düşürlər. Orada onlar keçən dəfəki əsirlər partiyasından qalan iki amerikalı əsirlə rastlaşırlar. İngilislərə polkovnik-leytenant Nikolson (Alek Ginness) rəhbərlik edir. O hesab edir ki, özü və adamları Sinqapurda ali komandanlığın əmrinə əsasən əsir düşdüyündən, onlar əsirlikdə olmasına baxmayaraq, hərbi xidmət başında olmuş kimi sayılırlar. O, öz adamları arasında ciddi ordu nizamını yürüdür, hətta onlar düşərgədə yaralar, xəstəliklər və yaponların onlara qarşı törətdiyi işgəncələrə baxmayaraq sıra addımları ilə gəzirlər.
Xəzər üzərindən körpü (film, 1963)(I)
Film Bakı-Krasnovodsk dəmir yolunu birləşdirən bərənin istifadəyə verilməsi haqqındadır. Rejissor: Karlen Orucov Ssenari müəllifi: V.Valerov Operator: Karlen Orucov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Xəzər üzərindən körpü (film, 1963)(II)
Ququ quşu yuvasının üzərindən uçarkən (film)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Bakı şəhərində Xəzər dənizi üzərindən avtomobil körpüsü
Xəzər körpüsü - Bakı şəhərində Bibiheybət tərəfindən Xəzər dənizi üzərindən Zığ burnuna qədər layihələndirilən avtomobil körpüsü. == Layihə == Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədovun açıqlamasına görə, layihənin texniki iqtisadi əsaslandırılması başa çatıb. Bu layihə Nəqliyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib və hazırda müvafiq dövlət orqanları tərəfindən baxılır. Hesablamalara görə, uzunluğu 17 km olacaq bu körpünün tikintisi təqribən 2 milyard dollara başa gələcək. Bu təkcə nəqliyyat deyil, həm də turizm layihəsi olacaq və burada şəhərin abadlaşdırılması elementləri də əksini tapacaq. İlkin plana görə, layihənin həyata keçirilməsi qərara alınarsa, bunun üçün beynəlxalq konsorsium yaradılacaq, həmin konsorsium körpünün detallı layihəsi hazırlayıb təsdiq olunandan sonra onun tikintisini həyata keçirəcək. Tikinti başa çatandan sonra konsorsium onun idarəetməsi ilə məşğul olacaq. Həmin şirkət idarəetmə dövrü ərzində bura yatırdığı vəsaiti götürəndən sonra körpünün idarəetməsi Azərbaycan tərəfinə veriləcək. Tikiləcəyi təqdirdə bu körpüdən istifadə pullu olacaq, amma burada gediş haqqının məbləğinin nə qədər olacağını indidən demək mümkün deyil. Amma elə səviyyədə olacaq ki, bundan hamı istifadə edə bilsin.Bu körpünün tikintisi nəqliyyatın hərəkətini dəfələrlə asanlaşdıracaq, həm şəhərdəki tıxac probleminin həllinə, həm də ekoloji vəziyyətə müsbət təsir edəcək.
Ququ quşu yuvasının üzərindən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.