YÜKÜ ƏYİLMƏK

maddi vəziyyəti pisləşmək.

YÜKÜ AŞIRMAQ
YÜKÜ ÜZƏRİNDƏN ATMAQ
OBASTAN VİKİ
Elektrik yükü
Elektrik yükü — cisimlərin elektromaqnit sahələrinin mənbəyi olmaq və elektromaqnit qarşılıqlı təsirində iştirak etmək qabiliyyətini təyin edən fiziki skalyar kəmiyyət. Elektrik yükü ilk dəfə 1785-ci ildə Kulon qanununda tətbiq edilmişdir. Beynəlxalq vahidlər sistemində (SI) elektrik yükünün ölçü vahidi — kulondur. Bir kulon 1 s vaxt ərzində 1 A cərəyanı olan keçiricinin kəsişməsindən keçən elektrik yükünə bərabərdir. Hər biri elektrik yükü (q1 = q2 = 1 C) olan iki cisim vakuumda 1 m məsafədə yerləşirsə, onda onlar 9⋅109 H qüvvəsi ilə qarşılıqlı təsir göstərirlər. == Tarixi == Hələ qədim zamanlarda yun üzərində geyilən kəhrəbanın (qədim yunanca ἤλεκτρον - elektron) yüngül əşyaları cəlb etdiyi məlum idi. Artıq XVI əsrin sonlarında ingilis həkimi Vilyam Gilbert sürtüldükdən sonra yüngül cisimləri cəlb edən, elektrikləşdirilmiş cisimləri adlandırdı. 1729-cu ildə Şarl Dyufe iki növ yükün olduğunu müəyyən etdi. Biri ipəyin üzərinə şüşə sürtməklə əmələ gəlir, digəri isə yunun üzərinə qatrandır. Buna görə də Dyufe ittihamları müvafiq olaraq "şüşə" və "qatran" adlandırdı.
Tale yükü
Tale yükü — 1997-ci il Azərbaycan istehsalı dram filmi. Film Fatmanın (Ruhiyyə Hüseynova) başına gələn əhvalatlar haqqındadır. Filmdə baş verən hadisələr yaradıcı təxəyyülü bəhrəsi olaraq 1994–1995-ci illəri əhatə edir. Film aktyor Məmməd Quliyevin kinoda son işidir. Film Akif Axundovun "Fatmanın Hekayəti" povesti əsasında çəkilmişdir.
Tunc Allahın yükü
Tunc Allahın yükü (rus. Бремя бронзового бога) — Vahid Məmmədlinin “Tunc Mələk” və “Tunc Mələyin yolu” romanlarından ibarət, dünyada ilk qansız döyüş romanı olan dilogiyası. Vahid Məmmədli ədəbi yaradıcılığa ilk dəfə Rusiya Mədəniyyət Fondunun (RMF) “Qrifon” nəşriyyatında nəşr olunan “Tunc Allahın yükü” əsəri ilə başlamışdır. Əsərin RMF tərəfindən nəşr olunması və tez bir zamanda bestsellerə çevrilməsi onunla əlaqədardır ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda, qansız döyüş romanı janrında yazılmışdır. Əsərin tez bir zamanda tanınması Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan “Eksmo” nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun “Tunc Mələk” əsərini “Cəllad tələsməyi sevmir” adı ilə “Rus bestselleri” seriyasında çap edib. Dilogiyanın hər iki romanı “İnsanın öz ağlından başqa onun qəlbinə və beyninə heç nə və kimsə hakim kəsilə bilməz” düşüncəsinə əsaslanır. Əsər qəhrəmanı Tunc Mələyin müharibə gedən İraqda istənilən situasiyada – yaraqlı terrorçuların milyonlarla pul tələb etmək üçün oğurladıqları biznesmen və jurnalisti azad etməsi, var-dövlət hərisliyindən ən yaxın adamlarını, polis əməkdaşlarını öldürənlərin, öz uğursuzluğunun qisasını yaşlı təqaüdçüdən alan qatilin aşkara çıxarılması üçün, böyük bir qoşunun qarşısında, hər addımda təhlükəylə üzləşsə də, bir güllə belə atmadan, qan tökmədən yalnız yüksək intellekti və ağlının gücü ilə bütün çətinlikləri dəf etməklə, tanımadığı, müxtəlif millətdən, dindən olan insanları xilas edib Tunc Mələk adını alan detektiv analitikin fəaliyyətindən bəhs edir. Hər iki romanın qayəsini təşkil edən, müəllifin “Bu dünyada heç kim mələk deyil, başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər” sözləri, təsadüfi deyil ki, dünyanın bir çox yerlərində müdrik kəlamlar toplularında, saytlarında yer alır. Dilogiyanın yalnız xeyirxahlığı və ağlının gücü ilə hər kəsə qalib gələn qəhrəmanı Tunc Mələk romanı bir detektiv, döyüş romanından çox, dünyanın bir çox mütərəqqi fəlsəfə və dünyagörüş məktəblərindən qaynaqlanan möhtəşəm ədəbiyyat nümunəsi kimi oxuculara sevdirir.
Tale yükü (film, 1997)