YIPRANMIŞ

f.sif. Tamamilə köhnəlib xarab olmuş, üzülmüş, əldən düşmüş. Yıpranmış paltar. Kitabın yıpranmış səhifələri.
– Mənim bu sözüm bugünkü ictimai həyatımızın yıpranmış və solmuş səhifələrindən götürülmüş və onun xəstə cəhətlərini əks etdirən bir vəsiqədir. Qantəmir.

// Düşkün, üzgün, əldən düşmüş.
[Kor kişinin] yıpranmış vücudu, bozarmış saç-saqqalı yaşının əllidən artıqlığını, köhnə bir adam olduğunu bildirirdi. S.Hüseyn.

YIPRANMAQ
YIR-YIĞIŞ

Digər lüğətlərdə