YAŞARMAQ

f.
1. İslanmaq, nəmlənmək, yaş olmaq, yaş görünmək.
2. “Gözləri” sözü ilə – yaşla dolmaq, yaş tökmək, ağlamaq istəmək.
Zəhra analarını itirmiş bu üç qızın halını, ürəkparçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn.
Qəhrəmanın gözləri yaşarmışdı, səsində dərin bir ələm və təəssüf duyulurdu. H.Nəzərli.

// Sulanmaq. İşıqdan gözləri yaşarmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAŞARMAQ islanmaq — nəmlənmək

Antonimlər (əks mənalı sözlər)

  • YAŞARMAQ YAŞARMAQ – QURUMAQ Gözləriniz yaşardı, həmcinslərinizi öldürmək üçün barıtınızı qurudursunuz (M.Talıbov); Ağlamaqdan gözünün yaşı qurudu (“Ulduz”)

Etimologiya

  • YAŞARMAQ Yaş (sulu) sifətindən bozarmaq qəlibi üzrə əmələ gəlib. Yaş sözü həm də rəng (yaşıl) bildirib. (Bəşir Əhmədov
YAŞARMA
YAŞARTI

Digər lüğətlərdə